Narkotik maddə

Narkoman polisə şikayət edib ki, "mənə saxta mal satıblar"

615
(Yenilənib 00:07 16.06.2018)
Polis həmin uyuşdurucu maddənin həqiqiliyinin yoxlanılması üçün şöbəyə gətirməsini təklif edib

BAKI, 16 iyun — Sputnik. Amerikanın Florida ştatının sakini Duqlas Piter Kellinin başına qəribə hadisə gəlib. Belə ki, o, polisə həqiqi olub-olmadığını yoxlamaq üçün narkotik gətirib və nəticəsi onun üçün yaxşı olmayıb.

Sputnik Azərbaycan xarici mətbuata istinadla xəbər verir ki, 49 yaşlı kişi polisə zəng edərək 1 həftə əvvəl satın aldığı metamfetaminin (uyuşdurucu maddə) saxta olduğundan şübhələndiyini və bu maddənin ona pis təsir etdiyini deyib. Kişi düşünüb ki, ona satılan maddə əsl metamfetamin deyil, onun saxtasıdır.

Polis həmin uyuşdurucu maddənin həqiqiliyinin yoxlanılması üçün şöbəyə gətirməsini təklif edib. Kelli maddəni polisə aparıb və yoxlama zamanı maddənin metamfetamin olduğu müəyyən edilib.

Duqlas Kelli qadağan olunmuş narkotik tərkibli maddəyə görə həbs edilib. Baş verənlər polis əməkdaşlarını xeyli güldürüb və onlar bütün arzu edənlərə narkotiklərin yoxlanılması üçün xidmət göstərə biləcəklərini açıqlayıblar.

615
Teqlər:
uyuşdurucu maddə, Duqlas Piter Kelli, metamfetamin, Florida ştatı, yoxlama, narkotik maddə, Amerika, polis
Əlaqədar
Böyük miqdarda narkotik dövriyyədən çıxarıldı
Azərbaycanda narkotiklərlə mübarizə
Astarada narkoşəbəkə aşkar edildi: Silah və narkotik tutuldu
ABŞ-da nüvə qalmaqalı: Dünyanın taleyi narkomanların əlinə keçib
Azərbaycanın müxtəlif rayonlarında narkotik əməliyyatı keçirilib
ABŞ Dövlət Departamentinin binası, arxiv şəkli

Rusiya səfirliyi ABŞ-ın "təbliğat" ilə bağlı məruzəsini şərh edib

1
(Yenilənib 18:14 06.08.2020)
Rusiya səfirliyi "ABŞ-ı tənqid etməyə cürət edən" Rusiya və xarici mediaya "ciddi araşdırma predmeti ola biləcəklərini" nəzərə almağı tövsiyə edib

BAKI, 6 avqust — Sputnik. ABŞ Dövlət Departamentinin "Rusiya təbliğatı" haqqında məruzəsi Moskvanın ABŞ-la əməkdaşlığın bərpası ilə bağlı təkliflərini "susdurmağa" yönəlib.

Sputnik Azərbaycan RİA Novosti-yə istinadən xəbər verir ki, bu barədə Rusiyanın Vaşinqtondakı səfirliyi bildirib.

Bir qədər əvvəl Dövlət Departamenti yanında Qlobal Əməkdaşlıq Mərkəzi "Rusiya Dezinformasiyasının Sütunları" adlı məruzə dərc edib. Məruzədə "Rusiya təbliğatı" anlayışı sistemləşdirilir. Bu anlayışa əsasən dövlət maliyyələşməsi olan Rusiya mediası aid edilib. Dezinformasiyaya misal olaraq Sputnik, RİA Novosti, RT, Birinci Kanal, "Rossiya 24" və digərlərinin xəbər başlıqları göstərilir.

Rusiya səfirliyi "ABŞ-ı tənqid etməyə cürət edən" Rusiya və xarici mediaya "ciddi araşdırma predmeti ola biləcəklərini", onların ABŞ sosial şəbəkələrində resurslarının səbəbi açıqlanmadan bağlana biləcəyini nəzərə almağı tövsiyə edib.

Səfirlikdən bildiriblər ki, Dövlət Departamenti "alternativ informasiya mənbələrinin mövcudluğunu qətiyyən bəyənmir". Diplomatik missiya qeyd edib ki, onların nüfuzdan salınması üçün "ciddi resurslardan istifadə olunur".

"Vaşinqtona zidd istənilən səs Kreml və Rusiya xüsusi xidmət orqanlarına xidmət edən "dezinformasiya" elan edilir", - rusiyalı diplomatlar "Facebook"da dərc edilmiş şərhdə qeyd ediblər.

Səfirlik məruzədə yazılmış cəfəng fikirləri açıqlayıb. Belə ki, ABŞ Dövlət Departamenti "rəsmi hökumət kommunikasiyaları" hissəsinə Rusiyanın Liberal-Demokrat Partiyasının lideri Vladimir Jirinovskini və "Qovorit Moskva" özəl radiostansiyasını daxil edib.

"Əgər bu, amerikalı həmkarlarımızın bu qədər diqqətlə qurduqları bütün konstruksiyanın zirvəsidirsə, onda o, daha çox kartdan düzəlmiş evə oxşayır", - səfirlikdən bildiriblər.

ABŞ Dövlət Departamenti 2021-ci ildə "Rusiya tərəfindən dezinformasiyanın və təbliğatın qarşısının alınması" üçün 138 milyon dollar istəyib. Kreml və Rusiya Xarici İşlər Nazirliyi əvvəllər dəfələrlə Rusiyaya ünvanlanan dezinformasiya ittihamlarını təkzib ediblər.

ABŞ-da xarici yayım üzrə dövlət agentliyi mövcuddur ki, o da Rusiya Ədliyyə Nazirliyinin digər media ilə birlikdə xarici agentlər siyahısına daxil etdiyi "Amerikanın Səsi" və "Azadlıq/Azad Avropa" radiosunun ana strukturudur. 1994-cü ildən Yayım Məsələləri Üzrə İdarəetmə Şurası (BBG) adlanan təşkilat 2018-ci ildə ABŞ-ın Qlobal Media Agentliyi (USAGM) adlandırılıb. Onun çərçivəsində televiziya proqramları buraxılır, lakin demək olar ki, yalnız internet yayım üçün. Agentlik bütünlüklə ABŞ büdcəsindən maliyyələşdirilir. 2017-ci ildə onun xərcləri 748 milyon dollar təşkil edib.

1
Dövlət Departamenti

ABŞ-ın Belarusa dair planı var - Dövlət Departamentinə bağlı adamlar Minskdə edirlər?

23
Belarus Prezidenti qeyd edib ki, hakimiyyətə "onların adları, soyadları, ünvanları, parolları, gizli görüş yerləri" məlumdur.

BAKI, 6 avqust — Sputnik. Belarus Prezidenti Aleksandr Lukaşenko bəyan edib ki, Respublikada seçkiqabağı kampaniya zamanı saxlanılanlar arasında "Amerika pasportu olan şəxslər, Dövlət Departamentində işləyənlərin həyat yoldaşları" var.

Belarus Prezidenti qeyd edib ki, hakimiyyətə "onların adları, soyadları, ünvanları, parolları, gizli görüş yerləri" məlumdur.

"Amerikalı, Dövlət Departamenti işçisi, demokratik partiyanın işçisi olmağının önəmi yoxdur. <...> Rusiyada seçkiqabağı kampaniyada iştirak ediblər, yaxşı pul qazanıblar. Hesab edirəm ki, amerikalılar onları indi qoruyacaqlar. Belə şey ola bilməz".

Onun sözlərinə görə, Belarusda belə adamlar az deyil və onların hamısı "puldan yaşıllaşıblar" – "Kim ödəyirsə, onun üçün də oxuyurlar".

Xatırladaq ki, bir neçə gün əvvəl paytaxt Minskdəki otellərdən birində Rusiya pasportlu 32 nəfər silahlı yaxalanmışdı.

23
“Kəlbəcər”  tankeri

Odessada dizayn olunan "Kəlbəcər" suya salınıb - VİDEO

0
(Yenilənib 19:27 06.08.2020)
Unikal dizaynı ilə seçilən və texniki göstəricilərinə görə geniş imkanlara malik bu gəmi Bakı Gəmiqayırma Zavodunda inşa edilmiş sayca ikinci neftdaşıyan tankerdir

BAKI, 6 avqust — Sputnik. "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" Qapalı Səhmdar Cəmiyyətinin (ASCO) sifarişi ilə "Bakı Gəmiqayırma Zavodu" MMC-də inşa edilən "Kəlbəcər" neftdaşıyan tankeri növbəti mərhələsinin tikintisinin aparılması üçün suya salınıb. Bu barədə "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-dən Sputnik Azərbaycan-a verilən məlumatda bildirilib.

Qeyd olunub ki, gəminin gövdə hissəsinin inşası 100% başa çatıb. Qalan tamamlanma işləri Gəmiqayırma Zavodunun yanalma körpüsündə davam etdiriləcək. Bu məqsədlə "Kəlbəcər" tankeri zavodun tikinti-quraşdırma sahəsindən üzən dok üzərindən hidravlik arabacıqlar vasitəsilə suya salınıb.

Qeyd edək ki, bu gəminin konsepsiyası Odessa Dəniz Mühəndisliyi Bürosu və ASCO-nun təcrübəli mütəxəssisləri ilə birgə hazırlanıb. Volqa-Don MAX layihəsi olan gəmi maksimum yükgötürmə qabiliyyəti ilə Volqa-Don çayından keçmək imkanına malikdir.

Yeni nəsil "Kəlbəcər" tankerinin uzunluğu 141, eni 16.9, bortunun hündürlüyü isə 6 metrdir. 15 nəfərlik heyətlə idarə edilən gəmi saatda 10 knot sürətlə hərəkət edə biləcək. Tanker xam neft və neft məhsulları daşınması üçün nəzərdə tutulmuş ümumi tutumu 9212 kub metr olan 6 yük çəninə malikdir. Dedveyti dənizdə 7,875 T və çayda 5,447 T olan gəmi hər biri 1,200 kW gücə malik iki ədəd "Wartsila" istehsalı mühərriklərlə təchiz edilib.

Zavodun yanalma körpüsündə istismar sınaqları başa çatddıqdan sonra "Kəlbəcər" tankerinin dəniz-istismar sınaqlarına başlanacaq.

Yeni nəsil "Kəlbəcər" tankerinin xarici sularda istismarı nəzərdə tutulur.

Unikal dizaynı ilə seçilən və texniki göstəricilərinə görə geniş imkanlara malik bu gəmi Bakı Gəmiqayırma Zavodunda inşa edilmiş sayca ikinci neftdaşıyan tankerdir. Ötən ilin sonunda istismara verilmiş "Laçın" adlı ilk tanker artıq üçrəngli bayrağımız altında xarici sularda istismar olunur. Eyni zamanda, ASCO-nun sifarişinə uyğun olaraq daha iki ədəd eyni tipli gəminin tikintisi işləri də qrafikə uyğun davam edir.

Bununla belə, hazırda ASCO-nun donanmaları üçün zəruri olan müxtəlif təyinatlı gəmilərin inşası ilə bağlı Gəmiqayırma Zavodu ilə danışıqlar davam etdirilir.

0