Karolina Casko

Qadınlara xəbərdarlıq: Özünüzü gözəllik salonlarından qoruyun!

485
(Yenilənib 17:40 15.06.2018)
Gənc model gözəllik salonuna getdikdən sonra dəri xərçənginə tutulub

BAKI, 15 iyun — Sputnik. Amerikalı model, "Miss İllinoys" müsabiqəsinin qalibi Karolina Casko gözəllik salonuna getdikdən sonra dəri xərçənginə tutulduğunu açıqlayıb. Sputnik Azərbaycan xarici mətbuata itinadla xəbər verir ki, onun dərisində xərçəng xəstəliyinin yaranmasına səbəb, manikür zamanı dırnaqların qurudulması üçün istifadə edilən lampanın şüaları olub.

"Mənim baş barmağımın dırnağında qara xətt əmələ gəlibmiş, ancaq mən bunu görməmişəm. Çünki mənim dırnaqlarım həmişə boyalı olub" — deyə gənc model bildirib.

Məlum olub ki, proses nəticəsində dırnağın melanomiyası baş verib. Xərçəng hüceyrələrini aradan götürmək üçün həkimlər dırnağı dibdən kəsməli olublar.

Casko öz başına gələnləri paylaşaraq bütün gənc qızlara müracitə edib: "Mənim kimi onlarla qız var ki, tez-tez dırnaqlaırnı manikür etdirir və bu zaman ultrabənövşəyi işıqlı lampalardan istifadə edilir. Özünüzü qoruyun".

485
Teqlər:
dəri xərşəngi, Karolina Casko, gözəllik salonu, şüa, model, xərçəng xəstəliyi
Əlaqədar
Gözəlliyin simvolu Bakıdakı Botanika bağında peyda olub
Şərq gözəlliyi və plastikası: Ən qədim rəqs
Ötən əsr Hollivud gözəlliyinin simvolu
Bakı polisi modelin gözəlliyi qarşısında görün nə hala düşdü
Gözəllik onu həbsxanadan milyarderliyə doğru aparır