Taliban yaraqlıları

Radikal terror təşkilatının lideri öldürüldü

459
(Yenilənib 14:56 15.06.2018)
Molla Fəzlullah ABŞ qırıcılarının Kunar əyalətinə endirdiyi hava zərbələri nəticəsində həlak olub

BAKI, 15 iyun — Sputnik. Əfqanıstan Müdafiə Nazirliyi "Taliban" terror təşkilatının lideri Molla Fəzlullahın öldürüldüyü xəbərini yayıb. Sputnik Azərbaycan xarici mətbuata istinadən xəbər verir ki, o, ABŞ qırıcılarının Kunar əyalətinə endirdiyi hava zərbələri nəticəsində həlak olub. 

Xatırladaq ki, Əfqanıstan prezidenti Əşrəf Qəni iyunun ilk həftəsində "Taliban" ilə hökümət arasında atəşkəs elan edildiyini açıqlamışdı. Qəni atəşkəsin Ramazan ayının sonuna kimi davam edəcəyini qeyd etmişdi.

Qeyd edək ki, "Taliban" (ərəbcə "Tələbələr") — 1994-cü ildə yaranan və 1996-2004-cü illər arasında Əfqanıstanın bütün ərazisini idarə etmiş hərəkatdır. Hərəkat Qəndəhar şəhərindəki mədrəsədə, Şeyx Məhəmməd Omərın başçılığı altında, 30 tələbə ilə birgə yaradılıb.

Molla Fəzlullah. 2008-ci ildə çəkilmiş videodan kadr
© AFP 2020 / STR
Molla Fəzlullah. 2008-ci ildə çəkilmiş videodan kadr

Bəzi mənbələrə görə, təşkilat Pakistan xüsusi xidmət orqanları tərəfindən Türkmənistan ilə ticarət yolunun müdafiəsi üçün yaradılıb. "Taliban"ları digərlərindən zahirən fərqləndirən xüsusiyyət onların qara çalma və ağ paltar geymələridir.

"Taliban"lar qadınların təhsil almasının qadağan olunması tərəfdarları kimi çıxış edirlər. Hücum obyektləri bir çox hallarda qadınların oxudugu qərb yönümlü məktəblərə olur. Təkcə 2008-ci ildə Pakistanın şimal-qərb regionunda talibanlar tərəfindən 150 qadın məktəbi məhv edilib.

459
Teqlər:
Molla Fəzlullah, "Taliban", Əfqanıstan, Pakistan
Əlaqədar
Taliban rejiminin əleyhdarı olan əfqanlar Azərbaycandan sığınacaq istəyib
ABŞ Talibanı danışıqlar masasına çağırdı
İŞİD "Taliban"a qarşı: 30 nəfər həlak oldu
"Taliban"çıları partlatdılar