Şanlıurfada millət vəkilinə hücum

Ərdoğan silahdaşlarına başsağlığı verdi

225
(Yenilənib 11:51 15.06.2018)
Aralarında millət vəkili İbrahim Halil Yıldızın qardaşı Mehmet Yıldızın da olduğu 4 nəfər həlak olub, 9 nəfər yaralanıb

BAKI, 15 iyun — Sputnik. Türkiyənin Şanlıurfa vilayətinin Suruç rayonunda hakim Ədalət və İnkişaf Partiyasından (AKP) olan millət vəkili İbrahim Halil Yıldıza və onunla birlikdə seçki kampaniyası aparan partiya üzvlərinə silahlı hücum olub.

Sputnik Azərbaycan Türkiyə mətbuatına istinadla xəbər verir ki, hücum zamanı aralarında millət vəkili İbrahim Halil Yıldızın qardaşı Mehmet Yıldızın da olduğu 4 nəfər həlak olub, 9 nəfər yaralanıb. Hücumun ardınca prezident Rəcəb Tayyib Ərdoğan millət vəkilinə başsağlığı verib.

Araşdırmalar zamanı millət vəkili Halil Yıldızın adının PKK-nın sui-qəsd siyahısında olduğu müəyyən edilib.

225
Teqlər:
İbrahim Halil Yıldız, AKP, Rəcəb Tayyib Ərdoğan, Türkiyə, millət vəkili, hücum
Əlaqədar
AKP-nin binasına silahlı hücum olub
AKP-MHP, yoxsa CHP-İYİ: Hansı daha "iyi"?
Binali Yıldırım AKP sədri seçilib
AKP-nin fövqəladə qurultayının gündəliyi açıqlandı
Raket buraxılışı, arxiv şəkli

Rusiya ABŞ-ın Avropadakı hipersəsli raketlərlə bağlı açıqlamasına cavab verdi

14
(Yenilənib 16:14 29.10.2020)
"Bu cür niyyətlər regional və qlobal təhlükəsizlik balansının pozulmasına şərait yaradır və qarşıdurma potensialının artmasına səbəb olur"

BAKI, 29 oktyabr — Sputnik. Rusiyanın Vaşinqtondakı səfiri Anatoli Antonov ABŞ milli təhlükəsizlik müşaviri Robert O'Brayenin Rusiyanı cilovlamaq üçün Avropada hipersəs silahları və ballistik raketlər yerləşdirməyə hazır olduqlarına dair açıqlamasına reaksiya verib. Sputnik Azərbaycan-ın RİA Novosti-yə istinadən verdiyi məlumata görə, səfir bu addımın Avropada raket silahlanma yarışının başlamasına rəvac verəcəyini bildirib.

"Bu cür niyyətlər regional və qlobal təhlükəsizlik balansının pozulmasına şərait yaradır və qarşıdurma potensialının artmasına səbəb olur. Əgər Vaşinqton həqiqətən "silahlanma üzərində real nəzarət"də maraqlıdırsa, o zaman Avropa qitəsində raket silah yarışının eskalasiyasına ehtiyac yoxdur", – deyə Antonov səfirliyin "Facebook" səhifəsində yayımlanan şərhdə bildirib.

Diplomat Prezident Vladimir Putinin Orta və Qısa Mənzilli Raketlərin ləğvi haqqında Müqavilənin (INF) deeskalasiyası vəziyyətində irəli sürdüyü təklifləri "konstruktiv alternativ" adlandırıb.

"Rusiya Avropa qitəsində və dünyanın digər bölgələrində yeni bir raket silahlanma yarışının qarşısını almaq üçün xarici tərəfdaşlarla ortaq səylər göstərməyə hazırdır", – deyə Antonov bildirib.

Qeyd edək ki, INF Müqaviləsi qlobal strateji sabitliyi təmin etmək məqsədi daşıyırdı. 2019-cu ilin avqust ayında ABŞ Rusiyanı qadağan edilmiş 9M729 raketini hazırlamaqda və sınaqdan keçirməkdə günahlandıraraq müqavilədən çıxıb. Moskva isə bəyan edib ki, o, yolverilən radiusda – 500 kilometrdən qısa məsafədə hərəkət icazəsinə sahibdir.

Xatırladaq ki, oktyabrın 26-da Vladimir Putin INF Müqaviləsi başa çatması fonunda gərginliyi azaltmaq üçün müəyyən addımlar atmağı təklif edib. Rusiya lideri qarşılıqlı razılaşma prinsipinə əsaslanan nəzarət mexanizmlərinin işlənib-hazırlanmasının vacibliyini vurğulayıb.

14
 COVİD-19-da ölən şəxs, arxiv şəkli

Rusiyada rekord sayda koronavirusa yoluxma qeydə alınıb 366 ölü

12
(Yenilənib 15:15 29.10.2020)
Ümumilikdə, Rusiyada bu xəstəliyə yoluxanların sayı 1581693-ə çatıb. Rusiyada pandemiya yayılandan 27301 nəfər COVID-19-dan vəfat edib. Ölkədə bu virusdan sağalanların sayı 14740-a çatıb

BAKI, 29 oktyabr — Sputnik. Son bir sutka ərzində Rusiyada 17717 koronavirusa yeni yoluxma halı aşkarlanıb. Sputnik Azərbaycan Rusiya Operativ Qərargahına istinadən xəbər verir ki, bir gün ərzində qonşu ölkədə 366 nəfər ölüb.

Ümumilikdə, Rusiyada bu xəstəliyə yoluxanların sayı 1581693-ə çatıb. Rusiyada pandemiya yayılandan 27301 nəfər COVID-19-dan vəfat edib. Ölkədə bu virusdan sağalanların sayı 14740-a çatıb.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus dünyanın əksər regionları və ölkələrində yayılıb. Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 44,4 milyonu keçib, 1,17 mindən çox adam isə virus səbəbilə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın törətdiyi xəstəliyin adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

12
Mövzu:
Dünyanı cənginə almış bəla
Əlaqədar
Kritik vəziyyət: Gürcüstanda 20, Ermənistanda 29 nəfər koronavirusdan öldü
Koronavirusa yoluxma insanı 10 yaş qocaldır, həmçinin...
Alimlər koronavirus zamanı karantin rejiminin tətbiq olunmasına qarşı çıxdılar
Koronavirus daha tez öldürməyə başlayıb
Bill Qeyts koronavirusa qalib gəlməyin yeganə yolunu açıqladı

Ceyhun Bayramov KTMT-ın Qarabağa cəlb olunmasına münasibət bildirdi

0
(Yenilənib 17:37 29.10.2020)
Nazir: "Biz açıq şəkildə bildirdik ki, Ermənistanın bu cür təxribatlarına cavab verməyəcəyik. Bizim reaksiyamız Azərbaycanın işğal olunmuş ərazilərinin azad edilməsi şəklində döyüş meydanında olacaq"

BAKI, 29 oktyabr — Sputnik. Azərbaycan xarici işlər Naziri Ceyhun Bayramov Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) Qarabağdakı vəziyyətə cəlb olunması ideyasını şərh edərkən qeyd edib ki, rəsmi Bakı "münaqişənin və onun zonasının kontekstinin genişləndirilməsini dəstəkləmir".

Bu barədə Sputnik Azərbaycan "RİA Novosti"-yə istinadən xəbər verir.

"Azərbaycan konfliktin və onun zonasının kontekstinin genişləndirilməsi ideyasını dəstəkləmir. Öz ərazisindən münaqişə zonasından kənarda olan Azərbaycanın şəhərlərini, yaşayış məntəqələrini və əhalini atəşə tutmaqla Ermənistan Azərbaycanı cavab atəşi açmağa və bununla da üçüncü dövlətləri münaqişəyə cəlb etməyə çalışır. Biz açıq şəkildə bildirdik ki, Ermənistanın bu cür təxribatlarına cavab verməyəcəyik. Bizim reaksiyamız Azərbaycanın işğal olunmuş ərazilərinin azad edilməsi şəklində döyüş meydanında olacaq", - deyə Ceyhun Bayramov bildirib.

0