Rusiya yığmasının azarkeşi

Komitə sədrindən rus qadınlara cinsi əlaqə xəbərdarlığı

305
(Yenilənib 02:13 15.06.2018)
O, rus qadınlara əcnəbilərlə cinsi əlaqəyə girməməyi tövsiyə edib

BAKI, 15 iyun — Sputnik. Rusiya Ailə, Qadın və Uşaq Problemləri Komitəsinin rəhbəri Tamara Pletneva Dünya Kuboku üçün ölkələrinə gələcək qonaqlarla bağlı rus qadınlara xəbərdarlıq edib. O, rus qadınlara əcnəbilərlə cinsi əlaqəyə girməməyi tövsiyə edib.

Sputnik Azərbaycan Türkiyə mətbuatına istinadla xəbər verir ki, 70 yaşlı komitə sədri başqa ölkələrə mənsub vətəndaşlarla evliliyin möhkəm olmadığını və gələcəkdə yaşana biləcək ayrılıqların uşaqlara mənfi təsir edəcəyini bildirib.

Mövzu haqqında "Moskva danışır" adlı radio proqrama açıqlamalar verən Pletneva qeyd edib ki, gənc rus qadınlar əcnəbilərlə tanış olub, onlardan uşaq dünyaya gətirirlər.

"Evlənib getsələr belə, bir müddət sonra uşaqlarla ağlaya-ağlaya geri dönürlər. Yaxşı ailə quracaq, birlikdə yaşayacaq, uşaq dünyaya gətirəcək və tərbiyə edəcək rus vətəndaşı olmalıdır. 1980-cı il Olimpiadasından sonra çox sayda subay rus ana var idi. Bu uşaqlar Sovet dövründə belə əziyyət çəkdi. Onların əziyyət çəkməsini istəmirəm" – deyə bildirən komitə sədri millətçi olmadığını da qeyd edib.

305
Teqlər:
komitə, təklif, əcnəbi, evlilik, cinsi əlaqə, futbol
Türkiyənin hərbi nümayəndə heyəti Azərbaycana gəlib

Türkiyənin hərbi rəhbərliyi Bakıdadır - FOTOLAR

11
(Yenilənib 11:06 13.08.2020)
Türkiyənin geniş tərkibdə hərbi nümayəndə heyəti Azərbaycan-Türkiyə quru qoşunları və hərbi hava qüvvələrinin birgə döyüş atışlı taktiki və taktiki-uçuş təlimlərinin birinci mərhələsinin son epizodunu izləyəcək.

BAKI, 13 avqust — Sputnik. Türkiyə Respublikasının Milli Müdafiə naziri Hulusi Akar, Baş Qərargah rəisi ordu generalı Yaşar Güler, qoşun növü komandanları və digər yüksək rütbəli zabitlər avqustun 12-də axşam saatlarında Azərbaycana səfərə gəlib.

© AR Ministry of Defense
Türkiyənin hərbi nümayəndə heyəti Azərbaycana gəlib

Bu barədə Sputnik Azərbaycan Azərbaycan Müdafiə Nazirliyindən bildirilib.

Türkiyənin geniş tərkibdə hərbi nümayəndə heyəti Azərbaycan-Türkiyə quru qoşunları və hərbi hava qüvvələrinin birgə döyüş atışlı taktiki və taktiki-uçuş təlimlərinin Yüksək Səviyyəli Müşahidəçi günü çərçivəsində təlimlərin birinci mərhələsinin son epizodunu izləyəcək.

Azərbaycanın Müdafiə naziri general-polkovnik Zakir Həsənov, Türkiyənin Milli Müdafiə naziri Hulusi Akar, Azərbaycan Respublikası Müdafiə nazirinin birinci müavini - Silahlı Qüvvələrin Baş Qərargah rəisi general-polkovnik Nəcməddin Sadıkov, Türkiyənin Baş Qərargah rəisi ordu generalı Yaşar Güler və hər iki ölkənin müxtəlif qoşun növləri komandanları Fəxri xiyaban, Şəhidlər xiyabanı və Türk Şəhidliyini ziyarət edərək əklillər və gül dəstələri qoyublar.

11
Koronavirus modeli, arxiv şəkli

Həkim koronavirusun insanın beynini necə sıradan çıxarmasından danışıb

19
(Yenilənib 23:44 12.08.2020)
Leyla Namazova-Baranova: "COVID-19-u hətta yüngül formada keçirmiş hər bir xəstənin beyni, beyninin strukturları dəyişikliklərə məruz qalır"

BAKI, 13 avqust — Sputnik. SARS-CoV-2 koronavirusu yalnız tənəffüs yollarını deyil, həm də beyini və mərkəzi sinir sistemini sıradan çıxarır. Bunu "Millətin sağlamlığı - Rusiyanın çiçəklənməsinin əsasıdır" forumunda RF Pediatrlar İttifaqının prezidenti Leyla Namazova-Baranova bildirib.

"COVID-19-u hətta yüngül formada keçirmiş hər bir xəstənin beyni, beyninin strukturları dəyişikliklərə məruz qalır", - deyə həkim bildirib.

Onun sözlərinə görə, bu, iy və dad itkisi kimi simptomlar tərəfindən də təsdiqlənir. "Onlar birbaşa mərkəzi sinir sisteminin məğlubiyyətini göstərir", - həkim deyib.

Namazova-Baranova xatırladıb ki, ötən aylar ərzində həkimlər və alimlər virusun yaratdığı çoxsaylı insult hallarını, eləcə də digər nevroloji təzahürləri təsvir ediblər.

"Millətin sağlamlığı - Rusiyanın çiçəklənməsinin əsasıdır" forumu bu il avqustun 11-dən 13-dək Moskvada keçirilir.

Koronavirusun mərkəzi sinir sisteminə təsiri

Alimlər artıq koronavirusun sinir sistemi üçün təhlükəsi barədə xəbərdarlıq ediblər. Belə ki, Şimal-Qərb Universitetinin (ABŞ) nevrologiya professoru, doktor İqor Koralnikin başçılıq etdiyi tədqiqatçılar Northwestern Medicine tibb mərkəzindəki bütün COVID-19 pasiyentlərinin retrospektiv analizini həyata keçiriblər. Məlum olub ki, nümunə üçün seçilmiş tədqiqat iştirakçılarının təxminən yarısı nevroloji simptomlara malikdir. Onlar baş ağrısı, başgicəllənmə, sayıqlığın azalması, diqqətin konsentrasiyası ilə bağlı çətinliklər, qıcolmalar, əzələ ağrıları, həmçinin iy və dad pozulmalarından əziyyət çəkirlər.

Həkimin sözlərinə görə, COVID-19-un nevroloji disfunksiya yaratmasının bir çox müxtəlif səbəblər var. Bu xəstəlik bir neçə orqana (ağciyər, böyrək, ürək) təsir edə bilər. Eyni zamanda beyin də işemik və ya hemorragik iflicə səbəb ola biləcək oksigenləşmənin çatışmaması, qan dövranının pozulması və qan laxtalanmasından əziyyət çəkə bilər.

19
Teqlər:
beyin, COVID-19, Koronavirus
Mövzu:
Dünyanı cənginə almış bəla
Əlaqədar
ÜST Rusiyada qeydiyyatdan keçən peyvəndlə bağlı münasibət açıqladı
"Rusiyanın koronavirus peyvəndi: dahiyanə hər şey kimi sadədir"
Sübut olunmasa, da çəkindirirlər: COVID-ə yoluxan hamilələr üçün qızıl qiymətində cavablar
Koronavirusa qarşı peyvənddən xəstələnmək olarmı?
Koronavirusun daha bir qeyri-adi simptomu üzə çıxıb
 Pandemiya zamanı imtahan, arxiv şəkli

İmtahana hərarəti 37°C-dən aşağı olan şəxslər buraxılır

0
(Yenilənib 15:02 13.08.2020)
Ehtiyat tədbirləri çərçivəsində imtahan binasına daxil olan iştirakçılarının məsafədən ölçə bilən elektron termometrlə bədən hərarətləri yoxlanılır, zəruri dezinfeksiyaedici vasitələrdən istifadə olunur.

BAKI, 13 avqust — Sputnik. Dövlət İmtahan Mərkəzi tərəfindən bu gün cari və əvvəlki illərin məzunları üçün II və III ixtisas qrupları üzrə qəbul imtahanları, I və IV ixtisas qrupları üzrə ali təhsili müəssisələrinin müsabiqəsində buraxılış imtahanında verdiyi xarici dildən fərqli dil üzrə iştirak etmək istəyənlər üçün əlavə xarici dil imtahanı və qəbul imtahanını buraxılış imtahanında verdiyi dildən fərqli dil üzrə vermək istəyənlər üçün əlavə imtahan (Azərbaycan və ya rus dili) keçirilir.

Bu barədə Sputnik Azərbaycan-a DİM-dən məlumat verilib. Məlumata görə, imtahanlar respublikanın 35 şəhər və rayonunda keçirilir.

İmtahan keçirilən şəhər və rayonlarda ümumilikdə 164 imtahan binası, 2877 imtahan zalı ayrılıb. İmtahanların idarə olunmasına 164 ümumi imtahan rəhbəri, 490 imtahan rəhbəri, 3754 nəzarətçi–müəllim, 328 buraxılışı təşkil edən əməkdaş, 164 bina nümayəndəsi ayrılıb.

Bu gün keçirilən imtahanlarda 19197 nəfər abituriyentin imtahanlarda iştirakı nəzərdə tutulur.

Qeyd edək ki, növbəti imtahan sabah - avqustun 14-də keçiriləcək. Bu imtahanlarda isə 18102 nəfər iştirak edəcək. Ümumilikdə iki gün ərzində keçiriləcək imtahanlarda 37299 abituriyentin iştirakı nəzərdə tutulur. Bunlardan 14232 nəfər II ixtisas qrupu, 22607 nəfər III ixtisas qrupu üzrə qəbul imtahanının ikinci mərhələsini, 460 nəfər isə I və IV ixtisas qrupları üzrə əlavə xarici dil imtahanını verənlərdir.

Ehtiyat tədbirləri çərçivəsində imtahan binasına daxil olan iştirakçılarının məsafədən ölçə bilən elektron termometrlə bədən hərarətləri yoxlanılır, zəruri dezinfeksiyaedici vasitələrdən istifadə olunur. İmtahana bədən hərarəti 37°C-dən aşağı olan şəxslər buraxılır.

0