Gürcüstanın Marneuli rayonunun icra başçısı Temur Abazov

Azərbaycanlı icra başçısı həbs edildi

738
(Yenilənib 00:18 15.06.2018)
İş üzrə ilkin məhkəmə dinləməsi avqustun 6-na təyin olunub

BAKI, 14 iyun — Sputnik. Gürcüstanın Marneuli rayonunun icra başçısı Temur Abazov həbs olunub.

Sputnik Azərbaycan-ın APA-ya istinadla məlumatına görə, bu barədə Rustavi məhkəməsi qərar qəbul edib.

T. Abazovun vəkili onun 10 min lari məbləğində girov müqabilində azadlığa buraxılmasını tələb etsə də, hakim vəsatəti təmin etməyib.

İş üzrə ilkin məhkəmə dinləməsi avqustun 6-na təyin olunub.

738
Teqlər:
həbs, icra başçısı, Marneuli rayonu, Gürcüstan