Şanlıurfada millət vəkilinə hücum

Millət vəkilinə hücum edildi: 3 ölü, 8 yaralı

67
(Yenilənib 21:58 14.06.2018)
Naməlum şəxslər hücum zamanı odlu silah, bıçaq və dəyənəklərdən istifadə ediblər.

BAKI, 14 iyun — Sputnik. Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AKP) Şanlıurfadan olan deputatı İbrahim Halil Yıldıza və partiyanın onunla birlikdə seçki kampaniyası aparan digər üzvlərinə hücum edilib.

Sputnik Azərbaycan Sözçü-yə istinadla xəbər verir ki, olay Şanlıurfanın Suruç rayonunda baş verib. Silahlı hücum nəticəsində 3 nəfər ölüb, 8 nəfər yaralanıb.

Şanlıurfada millət vəkilinə hücum
Şanlıurfada millət vəkilinə hücum

Naməlum şəxslər hücum zamanı odlu silah, bıçaq və dəyənəklərdən istifadə ediblər.

Millət vəkili hadisə zamanı xəsarət almayıb. Amma ölənlərdən birinin, yaralananlardan isə dördünün onun qardaşı olduğu bildirilir.

Hadisə yerində xeyli sayda polis əməkdaşı və təcili yardım briqadaları cəlb olunub.

67
Teqlər:
ölüm, millət vəkili, hücum, Ədalət və İnkişaf Partiyası, Türkiyə