Kim Çen İn gizli məktub yazdı: Trampdan sonra bu dəfə Putinə

© Sputnik / Aleksey Druzhinin / Mediabanka keçidKim Yen Nam və Vladimir Putinin görüşü
Kim Yen Nam və Vladimir Putinin görüşü - Sputnik Azərbaycan
Abunə olmaq
Putin vurğulayıb ki, bu görüş Koreya yarımadasında gərginliyi azaltmağa və vəziyyətin tam ölçüdə həlli üçün zəmin yaratmağa imkan verir

BAKI, 14 iyun — Sputnik. Şimali Koreya lideri Kim Çen In Rusiya prezidenti Vladimir Putinə şəxsi məktub göndərib.

Sputnik Azərbaycan "RİA Novosti"yə istinadən xəbər verir ki, məktubun olduğu zərfi Putinə Şimali Koreya Ali Xalq Yığıncağının rəyasət heyətinin sədri Kim En Ham çatdırıb.

Putin isə öz növbəsində Şimali Koreya liderini Rusiyaya səfərə dəvət edib: "Səfər bu ilin sentyabrında Vladivostokda Şərq İqtisadi Forumu çərçivəsində həyata keçirilə bilər".

Rusiya prezidenti eyni zamanda ABŞ prezidenti Donald Trampla KXDR lideri Kim Çen Inın yeni münasibətlərindən məmnun olduğunu bildirib. Putin vurğulayıb ki, bu görüş Koreya yarımadasında gərginliyi azaltmağa və vəziyyətin tam ölçüdə həlli üçün zəmin yaratmağa imkan verir.

Qeyd edək ki, iyunun 12-i Sinqapurda ABŞ prezidenti Donald Tramp və Şimali Koreya lideri Kim Çen In arasında tarixi görüş baş tutub. Liderlərin təkbətək və geniştərkibli formatda keçirilmiş görüşləri, ümumilikdə bir saat yarım davam edib. Görüşdən sonra tərəflər birgə sənəd imzalayıblar.

Xəbər lenti
0