Skamyada oturan yaşlı adam, arxiv şəkli

Qonşuda da pensiya yaşı artırılır, amma bizdən bir az fərqli

230
(Yenilənib 18:01 14.06.2018)
Medvedyev əmindir ki, Rusiya pensiya yaşının artırılması üçün şəraiti çoxdan yaradıb

BAKI, 14 iyun — Sputnik. Rusiya baş naziri Dmitri Medvedyev 2019-cu ildən etibarən ölkədə pensiya yaşının artırılacağını elan edib. Sputnik Azərbaycan "RİA Novosti"yə istinadən xəbər verir ki, baş nazir bunu Nazirlər Kabinetinin iclası zamanı bildirib.

O vurğulayıb ki, hökumət təqaüdə çıxma yaşını mərhələli şəkildə qaldırmaq niyyətindədir. Kişilər üçün pensiya yaşı 65-ə, qadınlar üçün isə 63-ə qaldırılacaq. Bəzi vətəndaşlar üçün mövcud pensiya güzəştləri isə saxlanılacaq.

"Uzunmüddətli keçid vaxtı nəzərdə tutulur. Proses 2019-cu ildən başlayacaq. Belə ki, kişilərin 65 yaşda pensiyaya çıxma prosesi 2028, qadınların isə 63 yaşda təqaüdə çıxması prosesi 2034-cü ildə başa çatacaq" — deyə baş nazir qeyd edib.

Medvedyev əmindir ki, Rusiya pensiya yaşının artırılması üçün şəraiti çoxdan yaradıb. Ona görə də bu dəyişikliklər çoxdan baş tutmalı idi.

230
Teqlər:
artırılma, Dmitri Medvedyev, Rusiya, pensiya, qərar