Ramazan ayında məscidə silahlı hücum: Ölən və yaralananlar var

© AFP 2023 / RODGER BOSCHTunis, Əl-Zaytuna məscidi
Tunis, Əl-Zaytuna məscidi - Sputnik Azərbaycan
Abunə olmaq
Hücum edən şəxs polis tərəfindən zərərsizləşdirilib

BAKI, 14 iyun — Sputnik. Cənubi Afrika Respublikasında (CAR) məscidə silahlı hücum olub. Sputnik Azərbaycan xarici mətbuata istinadla xəbər verir ki, Malmcberi məscidinə edilən hücum zamanı iki nəfər ölüb.

Hücum edən şəxs polis tərəfindən zərərsizləşdirilib. Hazırda hadisənin baş vermə səbəbləri araşdırılır.

CAR-ın "news24" xəbər portalı məlumat verir ki, hücum zamanı bir neçə nəfər də yaralanıb. Şahidlərin sözlərinə görə, hadisə 30 yaşlarında olan bir əcnəbi tərəfindən törədilib. Məlumata görə, hadisə baş verənə qədər həmin şəxs şübhəli kimi diqqət çəkməyib.

"Bu adam tələsmirdi. Çox sakit idi. O qaçmırdı, sakitcə addımlayırdı. Əlində böyük bir bıçaq var idi" — deyə məsciddə olanlardan biri deyib.

Xəbər lenti
0