Skopye, Şimali Makedoniya

Avropa qitəsində yeni dövlət meydana gəldi

435
Yunanıstan öz şərtini qonşu dövlətə qəbul etdirdi

BAKI, 12 iyun — Sputnik. Makedoniya dövləti artıq Şimali Makedoniya Respublikası adlanacaq. Sputnik Azərbaycan-ın məlumatına görə, bu barədə ölkənin baş naziri Zoran Zaev bəyan edib.

Baş nazir bu barədə Yunanıstanın baş naziri Aleksis Siprasla danışıqdan sonra bəyanat verib.

Xatırladaq ki, ölkənin Makedoniya adlanmasına qarşı Yunanıstan çıxırdı. Makedoniya adlı əyalət Yunanıstanda da var. Yunanıstan bu məsələyə görə Makedoniyanın NATO və Avropa İttifaqına gedən yolunu bağlamışdı.

435