Ermənistan Müdafiə Nazirliyinin binası

Ermənistan ordusunda fırıldaqçılıq

39
(Yenilənib 23:27 12.06.2018)
Üç əsgər qohumları vasitəsilə 10, 18 və 30 günlük məzuniyyət üçün KK-ya müvafiq olaraq 35 000, 50 000 və 130 000 (270 dollar) ödəyiblər

BAKI, 12 iyun — Sputnik. Ermənistan Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin sıravi əsgəri Q.N tibbi məzuniyyət vəd edərək hərbçi yoldaşlarından pul alıb. Sputnik Ermənistan xəbər verir ki, bunu Müdafiə Nazirliyinin rəsmisi Artsrun Ovannisyan bildirib.

Müdafiə Nazirliyinin Hərbi Polisi müəyyənləşdirib ki, N saylı hərbi hissənin əsgəri öz hərbçi yoldaşları arasında şayiə yayaraq Ermənistan Silahlı Qüvvələri rəhbərliyində dostu olan atalığı K.K-nın pul müqabilində tibbi məzuniyyət təşkil edə bildiyini deyib.

"Üç əsgər qohumları vasitəsilə 10, 18 və 30 günlük məzuniyyət üçün K.K-ya müvafiq olaraq 35 000, 50 000 və 130 000 (270 dollar) ödəyiblər", — deyə Ermənistan Müdafiə Nazirliyinin rəsmisi bildirib.

Hərbi prokurorluq tərəfindən rüşvət və fırıldaqçılıq maddələri üzrə iş başladılıb. İş aparılır.

39
Əlaqədar
Bir lider, bir millət və yenilməz Ordu...
Türkiyədə yenə FETÖ "fırtınası" qopdu, ordu çalxalanır
Türkiyənin məşhur ordu generalı Bakıda ciddi mesajlar verib
Ordu düşərgəyə hücum etdi, terrorçular məhv edildi
Ordu müxalifətin tərəfinə keçir, hərbçilər küçələrə axışdılar - Ermənistanda sensasiya