Rumıniyanın Sibiu şəhərindən görüntü, arxiv şəkli

Rus səfiri küçənin ortasında qarət etdilər, ruhu da incimədi

127
(Yenilənib 01:02 12.06.2018)
Hadisə baş verən zaman Kuzminin üzərində 1250 leyi (təxminən 300 dollar), şəxsiyyət vəsiqəsi və diplomatik statusu təsdiqləyən diplomatik kart olub

BAKI, 12 iyun — Sputnik. Rusiyanın Rumıniyadakı səfiri Valeri Kuzmın Sibui şəhərində səfərdə olarkən qarət olunub. Sputnik Azərbaycan "News.ro"ya istinadən xəbər verir ki, səfirin içərisində pul və diplomatik kartı olan portmanatı oğurlanıb.

Diplomatik mənbələr təsdiqləyiblər ki, şənbə günü axşam saatlarında Rusiyanın Buxarestdəki səfiri Valeri Kuzmın, həyat yoldaşı ilə Böyük Meydanda olarkən sinəsinə yumşaq toxunuş hiss edib. Daha sonra o, köynəyinin cibində olan portmanatının itdiyinin fərqinə varıb.

Hadisə baş verən zaman Kuzminin üzərində 1250 leyi (təxminən 300 dollar), şəxsiyyət vəsiqəsi və diplomatik statusu təsdiqləyən diplomatik kart olub.

Ruminiya polisi faktla bağlı araşdırmalar başlayıb.

127
Teqlər:
qarət, Rusiya, səfir, Rumıniya