Müharibə qoxusu gəldi: İsrail qırıcısı Tehran üzərindən uçdu

© AFP 2023 / AHMAD GHARABLIİsrailə aid F 35 qırıcıları, arxiv şəkli
İsrailə aid F 35 qırıcıları, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
İranın ali rəhbəri "F-35"in ölkənin sərhədini pozmasına görə komandanı işdən çıxarıb

BAKI, 11 iyun — Sputnik. İranın ali dini lideri Əli Xameneyi Hərbi Hava Qüvvələrinin komandanı general Fərzad İsmailini işdən qovub.

Sputnik Azərbaycan "Haber7"ə istinadla xəbər verir ki, Xameneyinin bu qərarı verməsinə İsrailin "F-35" qırıcısının başda Tehran olmaqla İranın mühüm şəhərləri üzərində uçması səbəb olub.

İsrailin döyüş təyyarəsi İranın Tehran, Kərəc, İsfahan, Şiraz və Bəndərabbas şəhərlərinin üzərindən uçuş edib.

Qeyd edək ki, İsrail "F-35" qırıcısından ilk istifadə edən ölkə olub. Beləliklə "F-35" döyüş təyyarələrinin gizli uçuşu ilk dəfə real şəraitdə sınaqdan keçirilib.

Xatırladaq ki, martın sonunda İsrail Hərbi Hava Qüvvələrinə aid iki "F-35" tipli qırıcının Suriya, İraq və İranın hava məkanını pozması barədə məlumat yayılmışdı.

Xəbər lenti
0