İlkay Gündoğan

Ərdoğanla görüşən ulduz oyunçuya sərt təpki

128
(Yenilənib 12:31 10.06.2018)
Yoldaşlıq oyununda Almaniya millisi Səudiyyə Ərəbistanına 2-1 hesabı ilə qalib gəlib

BAKI, 10 iyun — Sputnik. Almaniya millisi 2018-ci il futbol üzrə dünya çempionatına hazırlıq çərçivəsində Səudiyyə Ərəbistanı ilə yoldaşlıq oyununa çıxıb. Sputnik Türkiyə xəbər verir ki, oyun zamanı Almaniya millisinin futbolçusu İlkay Gündoğan Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşdüyü çün fitə basılıb.

Məlumata əsasən, 57-ci dəqiqədə meydana çıxan türk əsilli futbolçu hər dəfə topa yiyələndikdə, bu hal təkrarlanıb. Oyunçusunun tərəfini tutan Yoahim Löv isə azarkeşlərin yanına gedərək bunu dayandırmağı tələb edib.

Oyundan sonra mətbuat konfransında baş məşqçi İlkayın Almaniya milli komandasının oyunçusu olduğunu bildirib: "Ona bu formada etiraz hamımıza zərər vurur. Həqiqətən bunun heç kimə bir faydası yoxdur".

Yoldaşlıq oyununda Almaniya millisi Səudiyyə Ərəbistanına 2-1 hesabı ilə qalib gəlib.

Xatırladaq ki, mayın 15-i "Liverpul" klubunda oynayan türk əsilli Almaniya vətəndaşı Əmrə Can Böyük Britaniyada səfərdə olan Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın dəvətini rədd edib.

Canla yanaşı Ərdoğanla görüşə Məsut Özil və İlkay Gündoğan da dəvət edilib. Görüş zamanı onlar prezidentə imzalı formalarını hədiyyə ediblər. Görüşdə iştirak edən Özil və Gündoğan Almaniya Futbol Federasiyası tərəfindən Ərdoğanın seçki kampaniyasına alət olmaqda ittiham ediliblər.

128
Teqlər:
İlkay Gündoğan, təpki, Ərdoğan, dünya çempionatı, futbol
Aktrisa Alissa Milano, arxiv şəkli

COVID-19 bu amerikalı ulduzdan da yan keçmədi

20
(Yenilənib 22:42 11.08.2020)
"Bu vaxta qədər belə bir xəstəlik görmədim. Hər yerim ağrıyır. Qoxu duyğumu itirmişəm. Sanki sinəmin üstündə fil oturub, nəfəs ala bilmirəm"

Şahpəri Abbasova, Sputnik Azərbaycan

BAKI, 11 avqust — Sputnik. Dünyanı cənginə alan koronavirus (COVID-19) bəlası Amerikanın məşhur aktirisası Alissa Milanodan da yan keçməyib.

Virus nəticəsində aktirisanın saçları tökülüb. Ulduz saçının necə töküldüyünü göstərmək üçün instaqram səhifəsində video paylaşıb. Tanınmış aktirisa izləyicilərini maska taxmağa çağırdı. Milano, xəstəlik simtonlarını aprel ayında hiss etməyə başlayıb. Virusa görə test etdirən aktirasanın nəticələri pozitiv çıxıb. Xəstəliyinin hələ də davam etdiyini bildirən aktirisa bunları deyib: "Bu vaxta qədər belə bir xəstəlik görmədim. Hər yerim ağrıyır. Qoxu duyğumu itirmişəm. Sanki sinəmin üstündə fil oturub, nəfəs ala bilmirəm"

Qeyd edək ki, A.Milano "Kommando", "Alatoranlıq vaxtı", "Şöhrətin parıltısı", "Gəlini öp", "Patologiya", "Köhnə Yeni il", "Qorxu" və s. filmlərində rol alıb.

20
Beyrutda partlayış, arxiv şəkli

Beyrutda ölənlərin sayı yenə artdı

15
(Yenilənib 19:45 11.08.2020)
İlkin versiyaya görə, limanda 2750 ton ammonium nitrat (həmçinin ammonyak selitrası kimi tanınır) saxlanılırmış. Seysmoloji stansiyalar Rixter şkalası üzrə təxminən 5 ballıq partlayış gücünü qeydə alıb.

BAKI, 11 avqust — Sputnik. Beyrut limanında baş verən partlayış nəticəsində ölənlərin sayı 171-ə çatıb. Sputnik Azərbaycan "RİA Novosti"-yə istinadən xəbər verir ki, bu barədə Livanın Səhiyyə Nazirliyi məlumat yayıb.

Məlumatda, həmçinin qeyd olunub ki, daha 30-40 nəfər itkin düşmüş hesab olunur.

Qeyd edək ki, avqustun 4-ü Beyrutda güclü partlayışlar baş verib. Biri digərindən güclü olan iki partlayış şəhərin liman hissəsində yerləşən anbar binalarında baş verib.

İlkin versiyaya görə, limanda 2750 ton ammonium nitrat (həmçinin ammonyak selitrası kimi tanınır) saxlanılırmış. Seysmoloji stansiyalar Rixter şkalası üzrə təxminən 5 ballıq partlayış gücünü qeydə alıb.

Güclü partlayışlar nəticəsində həlak olanların sayı artıq 100 nəfəri ötüb, dörd mindən çox adam yaralanıb. Bununla yanaşı, Livan hakimiyyəti çoxlu sayda itkin düşmüş şəxslərin olması səbəbindən qurbanların sayının artacağını gözləyir.

15
Mehdiabad qəsəbəsində antisanitariya

Bakıda bələdiyyənin əməkdaşı cərimə edildi

0
(Yenilənib 23:33 11.08.2020)
Mehdiabad Bələdiyyəsinin əməkdaşı Z.Yarışov və Bakı şəhər sakini K.Əhmədov barəsində protokollar tərtib edilib. Z.Yarışov 3.000, K.Əhmədov isə 600 manat məbləğində cərimələniblər.

BAKI, 11 avqust — Sputnik. Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsi Ekologiya və Təbii Sərvətlər Nazirliyinin müvafiq qurumları ilə birgə sanitariya-gigiyena qaydalarının pozulması hallarının qarşısının alınması məqsədilə reydlər keçiriblər.

Sputnik Azərbaycan Daxili İşlər Nazirliyinin məlumatına istinadla xəbər verir ki, avqustun 6-da keçirilən reydlər zamanı Abşeron rayonunun Mehdiabad qəsəbəsində yerləşən "Şok Market"in yaxınlığında və Binəqədi rayonu Binəqədi gölü ərazisində məişət tullantılarının qalaqlanması və yandırılması faktları aşkar edilib.

İnzibati Xətalar Məcəlləsinin 271-ci (sənaye və məişət tullantılarının qalaqlanması və yandırılması zamanı ətraf mühitin mühafizəsi tələblərinə əməl edilməməsi) maddəsinin tələblərini pozduqlarına görə Mehdiabad Bələdiyyəsinin əməkdaşı, qəsəbə sakini Z.Yarışov və Bakı şəhər sakini K.Əhmədov barəsində protokollar tərtib edilib. Z.Yarışov 3.000, K.Əhmədov isə 600 manat məbləğində cərimələniblər.

Bu istiqamətdə tədbirlər davam etdirilir.

0