Başı kəsilmiş ilan kişini sancdı

© Photo : abc13.comKəsilmiş ilan başı
Kəsilmiş ilan başı - Sputnik Azərbaycan
Abunə olmaq
İlanlar başı kəsiləndən 2 saat sonra ölürlər

BAKI, 8 iyun — Sputnik. ABŞ-ın Texas əyalətində yaşayan Cenifer Sutklif adlı qadının həyat yoldaşı bağçada təmizlik işləri aparan zaman ilan görür. Corpus Kristi adlı kişi ilanı zərərləşdirmək üçün başını kəsir. 1.25 metrlik uzunluqda olan ilan isə başı kəsilsə də ölmür.

Kişi isə ilanı öldüyünü düşünür və onun başını bağçadan yığışdırmaq istəyən zaman başı kəsilən ilan onu dişləyir. Kişiyə ilan zəhəri keçir. Cenifer həyat yoldaşına ilk təcili yardım göstərsə də vəziyyəti get-gedə ağırlaşır. Bundan sonra onu helikopter ilə xəstəxanaya çatdırırlar. Bir neçə gün tibbi yardım göstəriləndən sonra Corpusun vəziyyəti düzəlir, amma böyrəklərində hələ də problem olduğu deyir. Bunun zəhərin təsirindən olduğu deyilir.

Arizona Universitetinin alimi Lesli Bayer açıqlamasında deyib ki, ilanları başını kəsmək ilə öldürmək olmaz. İlanlar başı kəsiləndən 2 saat sonra ölürlər.

Xəbər lenti
0