CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Hər 15 ildən bir müşahidə olunan Böyük Qarşıdurma gəlir!

CC0 / WikiImages / MarsMars planetinin səthi, arxiv şəkli
Mars planetinin səthi, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Böyük Qarşıdırma nadir hallarda baş verir və bu yer kürəsinə təsir etmir.

BAKI, 7 iyun — Sputnik. Kosmosda hər 15-17 ildən bir müşahidə edilən hadisə baş verəcək. Alimlər bildiriblər ki, bu il iyunun 27-də Marsın Böyük Qarşıdurması müşahidə olunacaq.

Sputnik Azərbaycan Rusiya mətbuatına istinadən xəbər verir ki,  “Qırmızı planet” Yer kürəsinə rekord — 57.8 milyon kilometr məsafəyə qədər yaxınlaşacaq. Bu məsafə 2003-cü illə müşahidə edilən məsafədən də yaxındır.

Sirr deyil ki, Mars planeti nəinki elm adamlarını, hətta həvəskar araşdırmaçıları da özünə cəlb edir. Məlumdur ki, alimlər hətta bu planetin qara ləkələrini və qütb başlığını da araşdırıblar.

O da məlum olub ki, kosmik aparat Böyük Qarşıdurma dövründə bu planetə dörd ay ərzində düşə bilər. Digər vaxtlarda isə planetə çatmaq üçün proses 16-24 ay davam edə bilər.

Qeyd edək ki, Böyük Qarşıdırma nadir hallarda baş verir və bu, Yer kürəsinə təsir etmir.

Xəbər lenti
0