Ağ Ev

Böyük üçlük ABŞ-a hiddət dolu məktub yazdı

64
(Yenilənib 10:52 07.06.2018)
İrana qarşı tətbiq olunacaq sanksiyalardan avropalı şirkətlərin azad edilməsini istəyirlər

BAKI, 7 iyun — Sputnik. Böyük Britaniya, Fransa və Almaniya ABŞ-a göndərdikləri məktubda İrana qarşı tətbiq olunacaq sanksiyalardan avropalı şirkətlərin azad edilməsini istəyib.

Sputnik Azərbaycan "Habertürk"ə istinadla xəbər verir ki, hər 3 ölkə İrana qarşı tətbiq olunacaq sanksiyalarda avropalı şirkətlərə sərbəstlik verilməsinin tələb edib.

Qeyd edək ki, bir müddət öncə ABŞ prezidenti Donald Tramp ölkəsinin İranla imzalanan nüvə müqaviləsindən çəkildiyini bildirmiş və bu ölkə ilə ticarət edən şirkətlərə ABŞ tərəfindən sanksiya tətbiq olunmasının önünü açmışdı.

Avropa ölkələrinin məktubunda İranın beynəlxalq pul transferi aparmasına imkan verən "SWIFT" sistemindən çıxarılmaması da istənilib.

64
Teqlər:
məktub, tələb, Fransa, Böyük Britaniya, Almaniya, ABŞ
Aleksandr Myasnikov, arxiv şəkli

Məşhur həkim yenə qorxudur: "Flakətin bir addımlığındayıq"

0
(Yenilənib 14:36 29.11.2020)
"Virusoloqların sözləriylə desək, ciddi epidemiya bizdən bir-iki mutasiya aralıdır. Elə Çinin özündə müntəzəm olaraq quş və donuz qruplərinin mutasiyasını qeydə alırlar"

BAKI, 29 noyabr - Sputnik. Həkim və teleaparıcı Aleksandr Myasnikov dünyada yeni, ölüm göstəricisi yüksək olan pandemiyanın olacağı barədə xəbərdarlıq edib.

Sputnik Azərbaycan bildirir ki, bu barədə Myasnikov özünün Telegram kanalında yazıb.

 

Həkim qeyd edib ki, insanlar COVID-19 kimi epidemiyalara hazır deyillər. Üstəlik, onlara qarşı universal vaksin yoxdur.

"Əgər 35-40 faiz ölüm göstəricisi olan virus yayılsa, o cür vaksinin peyda olmasınadək on milyonlarla insan həlak olacaq. Dediyim odur ki, indi bütün alimlərin gücünü məhz bu cür vaksinin hazırlanmasına yönəltmək lazımdır! İstədikləri qədər pul və vəsaitlə təmin etmək lazımdır. Yoxsa sonra dəfələrlə baha başa gələcək", - o qeyd edib.

Myasnikov deyir ki, bəşəriyyət məhz qrip təhlükəsi altındadır - ya quş, ya da donuz.

"Virusoloqların sözləriylə desək, ciddi epidemiya bizdən bir-iki mutasiya aralıdır. Elə Çinin özündə müntəzəm olaraq quş və donuz qruplərinin mutasiyasını qeydə alırlar, fəlakətin bir addımlığındayıq!" - mütəxəssis yazıb.

0
Teqlər:
pandemiya, mutasiya, Çin, dünya, donuz qripi, Quş qripi, qrip, epidemiya
Nikol Paşinyan, arxiv şəkli

Paşinyan ölkədəki hərc-mərcliyi dayandırmaq üçün təklif verdi: “Əsirləri...”

30
(Yenilənib 12:45 29.11.2020)
Paşinyan yazıb ki, daxili fikir ayrılıqları problemin həllini sürətləndirməyəcək. O qeyd edib ki, kimin günahkar olduğu və hansı məsuliyyət daşıdığı hələ gələcəkdə bəlli olacaq

BAKI, 29 noyabr — Sputnik. Ermənistanın baş naziri Nikol Paşinyan hərbi əsirlərin qaytarılması və itkin düşmüşlərin axtarışı məsələlərini tezləşdirmək üçün ölkədəki hərc-mərcliyi dayandırmağa çağırıb.

“Biz ölkədə vəziyyəti tədricən sabitləşdirməliyik, onu daha da qəlizləşdirməməliyik. İndi ən vacib məsələ əsirlərin, itkin düşmüşlərin və potensial olaraq gizlənmiş (hərbçilərin) problemidir və onu tez həll etmək lazımdır”, - Paşinyan Facebook səhifəsində yazıb.

O həmçinin Azərbaycanı nəzərdə tutaraq qeyd edib ki, bizim ölkəmizin nöqteyi-nəzərindən baxanda bu problemin uzanması guya Azərbaycana Ermənistanda qarşıdurmanı dərinləşdirməyə kömək edəcək, bu isə çaxnaşmalara gətirib çıxara bilər.

Paşinyan yazıb ki, daxili fikir ayrılıqları problemin həllini sürətləndirməyəcək. O qeyd edib ki, kimin günahkar olduğu və hansı məsuliyyət daşıdığı hələ gələcəkdə bəlli olacaq. “Ancaq indi biz problemin birgə həllinə kökkənməliyik, bir-birimizlə dava etməyə yox. Buna əminəm”, - Paşinyan yazıb.

Qeyd edək ki, Azərbaycan, Rusiya və Ermənistan liderlərinin Qarabağ üzrə üçtərəfli bəyanatı 2020-ci il noyabrın 10-da imzalanıb. Bəyanata əsasən, Dağlıq Qarabağ münaqişə zonasında 2020-ci il noyabrın 10-u saat 00:00-dan etibarən bütün hərbi əməliyyatların dayandırılması və tam atəşkəs barədə bəyanat veriblər.
Bəyanata görə, Ağdam rayonu 2020-ci il noyabrın 20-də, noyabrın 25-də (ilkin olaraq noyabrın 15-i nəzərdə tutulurdu) Kəlbəcər rayonu Azərbaycana qaytarılıb. Dekabrın 1-də Laçın rayonunun Azərbaycana qaytarılması nəzərdə tutulur. Bununla yanaşı, təmas xətti və Laçın dəhlizi boyunca Rusiya Federasiyasının sülhməramlı kontingenti yerləşdirilir. Paralel olaraq Ermənistan silahlı qüvvələri işğal olunmuş ərazilərdən çıxarılır. 

Tərəflərin razılığına əsasən, yaxın üç ildə Laçın dəhlizi üzrə Xankəndi ilə Ermənistanın əlaqəsini təmin edəcək yeni hərəkət marşrutunun tikintisinin planı müəyyən olunacaq. Daxili məcburi köçkünlər və qaçqınlar BMT-nin Qaçqınların işləri üzrə Ali Komissarının nəzarəti altında Dağlıq Qarabağın və ətraf rayonların ərazisinə qayıdacaqlar. İqtisadi və nəqliyyat əlaqələrinin bərpa olunacağı gözlənilir. Ermənistan Respublikası vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin hər iki tərəfə maneəsiz hərəkətinin təşkil olunması məqsədi ilə Azərbaycan Respublikasının qərb rayonları ilə Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqəsini təmin edəcək.

 

30
Teqlər:
itkin düşənlər, hərbi əsirlər, Nikol Paşinyan, qarşıdurma, Ermənistan
Mövzu:
Azərbaycan və Ermənistan arasında müharibə