İt

İnanılmazdır: İtlər bəşəriyyət üçün təhlükə mənbəyinə çevrildi

140
(Yenilənib 23:29 06.06.2018)
İtlər bu zamana qədər bir neçə qrip növünün daşıyıcısı sayılıb ki, onlar da insan üçün təhlükəli olmayıb

BAKI, 7 iyun — Sputnik. İtlər qrip virusunun təbii mənbəyi ola bilər.

Sputnik Azərbaycan Rusiya mətbuatına istinadla xəbər verir ki, ABŞ-ın Maunt Sinay tibb məktəbinin tədqiqatçıları ciddi araşdırmalardan sonra bu qərara gəliblər.

Bir çox hallarda qlobal qrip epidemiyasının yayılmasında donuzlar böyük rol oynayıblar. 2009-cu ildə məlum olub ki, donuzlarda olan virusların geni quşlarda olan virusların geni ilə dəyişib və sonra insanlara keçib. İtlər isə bu zamana qədər bir neçə qrip növünün daşıyıcısı sayılıb ki, onlar da insan üçün təhlükəli olmayıb.

İndi isə vəziyyət kökündən dəyişib. Alimlər Cənubi Çində ev itlərində 16 qrip virusunun genomunu müəyyən ediblər. Onların arasında üç növ təhlükəli qrip bakteriyası da var. Alimlərin fikrincə, itlərdə bu üç növ infeksiyanın yaranması, 2009-cu ildə  təhlükəli “donuz qripi”nin yayılmamasından öncə donuzlarda baş verən prosesi xatırladır.

Ekspertlər hesab edir ki, itlərdə qripin yayılmasının qarşısının alınması üçün tədbirlər görülməlidir. Çünki hər ötən il insan üçün daha təhlükəli qrip virusunun genetik kombinasiyasının yaranması riski artır.

140
Teqlər:
təhlükə, virus, qrip, İt