PKK əleyhinə əməliyyat

Türkiyə tarixi qələbə qazandı: Terrorçular bölgəni qoyub qaçırlar

1175
(Yenilənib 18:13 06.06.2018)
Görüş zamanı ABŞ-la Türkiyə arasında terrorçuların bölgədən çıxmasına dair texniki razılaşma imzalanıb

BAKI, 6 iyun — Sputnik. ABŞ-la Türkiyə arasında əldə olunan razılaşmadan sonra terrorçu PKK/YPG-PYD təşkilatının Suriyanın Menbiç bölgəsindən çıxacağı vaxt məlum olub. Bu barədə Sputnik Azərbaycan Sözcü-yə istinadən xəbər verir.

Məlumata əsasən terror təşkilati bölgədəki bütün hərbçilərini qarşıdakı günlərdə bölgədən çıxarda biləcəklərini bildirib.

Qeyd edək ki, iyunun 4-də Vaşinqtonda ABŞ-ın dövlət katibi Mayk Pompeo ilə Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu arasında görüş olub.

Türkiyə KİV-nin yaydığı məlumata görə, görüş zamanı ABŞ-la Türkiyə arasında terrorçu PKK/YPG-PYD qruplaşmasının işğal etdiyi Fərat çayının qərbindən, Suriyanın Menbiç bölgəsindən çıxmasına dair texniki razılaşma imzalanıb.

Ümumilikdə razılaşma üç mərhələdən ibarətdir. Birinci mərhələdə, PKK/YPG-PYD terrorçuları  tərəflər razılaşmanı imzaladıqları vaxtdan – iyunun 4-də başlayaraq 30 gün müddətində Menbiçi tərk edəcək. İkinci mərhələdə, razılaşmadan 45-ci keçəndən sonra Türkiyə və ABŞ hərbçiləri, kəşfiyyatçılar həmin ərazini araşdırmağa başlayacaq.

Üçüncü mərhələdə isə iyunun 4-dən sonrakı 60 gün ərzində Menbiçdə yerli sakinlərdən ibarət idarəetmə orqanı formalaşdırılacaq.

1175
Teqlər:
qaçmaq, Menbiç, YPG, PYD, PKK, Suriya