Бакинский Олимпийский стадион, фото из архива - Sputnik Azərbaycan
İDMAN
Ölkənin və dünyanın idman həyatına dair məlumatlar

Fələstinlilər məqsədlərinə çatdılar

© Sputnik / Vitaly Belousov / Mediabanka keçidQüds, arxiv şəkli
Qüds, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Qüdsdə keçirilməsi planlaşdırılan qarşılaşma ləğv edilib

BAKI, 6 iyun — Sputnik. Argentina milli komandası İsraillə yoldaşlıq oyunu keçirməkdən imtina edib. Sputnik Azərbaycan Türkiyə mediasına istinadən xəbər verir ki, buna səbəb oyundan əvvəl fələstinlilər tərəfindən qaldırılan etirazlar olub.

Messi - Sputnik Azərbaycan
Müsəlman dünyası Messiyə qarşı: "Şəkillərini və futbol köynəyini yandıracağıq"

Argentina milli komandası iyunun 9-na planlaşdırılan yoldaşlıq oyununu, ümumiyyətlə ləğv etməyə qərar verib. Onlar həm də Qüdsə getməyi təhlükəsizlik baxımından əlverişli hesab etməyiblər.

Qeyd edək ki, Qüdsdə keçirilməsi planlaşdırılan yoldaşlıq oyunu fələstinlilərin ciddi etirazına səbəb olmuşdu. Hətta Fələstin Futbol Federasiyasının prezidenti Cabrail Racub yerli sakinləri Messinin şəkillərini və formalarını yandırmağa çağırmışdı.

Bundan başqa, bir qrup fələstinli Argentina millisinin Barselonada yerləşən bazasının qarşısında etiraz aksiyası da keçirmişdi.

Xəbər lenti
0