Hərbi bazada çox güclü partlayış olub

Hərbi bazada güclü partlayış: 275 xüsusi təyinatlı təhlükədə

1062
Suriyada ABŞ və Fransa hərbçilərinin yerləşdiyi bazada güclü partlayış olub

BAKI, 4 iyun — Sputnik. Suriyanın şimalında ABŞ və Fransa hərbçilərinin yerləşdiyi hərbi bazada güclü partlayış olub.

Sputnik Azərbaycan "Haber3"ə istinadla xəbər verir ki, hərbi baza Suriyanın şimalında — YPG/PKK terror təşkilatının işğalı altındakı Ayn İsa bölgəsində yerləşir.

Yerli qaynaqlar hərbi bazada silah-sursatın partladığını deyiblər.

Qeyd edək ki, Ayn İsa bölgəsindəki hərbi bazada təxminən ABŞ-ın 200, Fransanın isə 75 xüsusi təyinatlı hərbçisi var.

1062
Teqlər:
xüsusi təyinatlı, partlayış, Suriya, hərbi baza
Türkiyə sahil mühafizə gəmisi, arxiv şəkli

Türkiyədə göyərtəsində 45 nəfər olan gəmi batdı

13
(Yenilənib 17:58 23.07.2021)
Dəniz Qüvvələri Komandanlığına məxsus 2 freqat və dəniz polisi təyyarəsi qeyri-sabit hava şəraitinə rəğmən bölgədə axtarış-xilasetmə fəaliyyətini davam etdirir.

BAKI, 23 iyul — Sputnik. Türkiyənin Milli Müdafiə Nazirliyi Antalyanın Kaş rayonundan 161 mil cənub-qərbdə, Aralıq dənizinin şərq hissəsində göyərtəsində 45 nəfərin olduğu gəminin batdığı barədə məlumat yayıb. Sputnik Azrəbaycan bu barədə Anadolu Agentliyinə istinadla xəbər verib.

Məlumatda qeyd olunur ki, bölgəyə dərhal Türkiyə Dəniz Qüvvələrinin Gökova freqatları yönləndirilib və hazırda bölgədə axtarış-xilasetmə işi aparılır.

"Dəniz Qüvvələri Komandanlığına məxsus 2 freqat və dəniz polisi təyyarəsi qeyri-sabit hava şəraitinə rəğmən bölgədə axtarış-xilasetmə fəaliyyətini davam etdirir", – deyə məlumatda vurğulanır.

Türkiyə Müdafiə Nazirliyinin yaydığı məlumata görə, 37 nəfər xilas edilib, yerdə qalan 8 nəfərin axtarışları üzrə əməliyyatlar davam etirilir. 

Həmçinin oxuyun:

Qara dənizdə batan gəminin dörd üzvü ölüb, axtarışlar dayandırılıb

 

13
Əfqansıtdanda hüquq-mühafizə orqanlarının əməkdaşları, arxiv şəkli

Əfqanıstan ordusu Herat əyalətinin rayonlarından birini taliblərdən azad edib

23
(Yenilənib 10:59 23.07.2021)
Ölkədə qeyri-sabitlik ABŞ administrasiyasının sentyabrın 11-nə qədər ölkədən qoşunların çıxarılacağı barədə vədləri fonunda artıb.

BAKI, 23 iyul — Sputnik. Əfqanıstanın hökumət qüvvələri ölkənin qərbindəki Herat əyalətinin Karux rayonunu radikal Taliban* hərəkatının yaraqlılarından azad edib. Sputnik Azərbaycan Rusiya mediasına istinadən xəbər verir ki, əməliyyat nəticəsində onlarla talib məhv edilib.

"Əfqanıstan milli təhlükəsizlik qüvvələri (ANDSF) və müqavimət hərəkatı döyüşçüləri Herat əyalətinin Karux rayonunu Taliban* terrorçularından təmizləyib. Əməliyyat nəticəsində onlarla talib öldürülüb və yaralanıb. Heratda hücum başlanıb və yaxın zamanlarda əyalətin digər əraziləri də azad ediləcək", - deyə ölkənin müdafiə nazirliyinin nümayəndəsi Fəvad Aman bildirib.

Əfqanıstanda hökumət qüvvələri ilə kənd rayonlarının əksəriyyətini ələ keçirərək iri şəhərlərə hücuma başlamış taliblər arasında qarşıdurma davam edir. Ölkədə qeyri-sabitlik ABŞ administrasiyasının sentyabrın 11-nə qədər ölkədən qoşunların çıxarılacağı barədə vədləri fonunda artıb. 2020-ci ildə Vaşinqton və "Taliban" nümayəndələri Dohada son 18 ildən artıq bir müddət ərzində ilk sülh sazişini imzalayıblar. Həmin sənəd əcnəbi hərbi kontingentin ölkədən çıxarılmasını və əsirlərin mübadiləsindən sonra Əfqanıstan daxilindəki qüvvələr arasında dialoqun başlanmasını nəzərdə tutur.

* Taliban - 1994-cü ildə yaranan və 1996–2004-cü illər arası Əfqanıstanın bütün ərazisini idarə etmiş hərəkatdır. 2003-сü ildə BMT TŞ tərəfindən terror təşkilatı kimi tanınıb.

 

23
Здание Министерства иностранных дел Азербайджанской Республики в Баку

XİN Azərbaycan Ordusunun hərbi qulluqçusunun öldürülməsi barədə

0
(Yenilənib 18:34 23.07.2021)
Ermənistan tərəfinin son zamanlar davamlı təxribatlara əl atması, Azərbaycan mövqelərini atəşə tutaraq, bölgədəki vəziyyəti gərginləşdirmək cəhdləri qəbuledilməzdir və vəziyyətin bu şəkildə inkişafının bütün məsuliyyəti Ermənistanın üzərinə düşür.

BAKI, 23 iyul - Sputnik.Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsi Ermənistan silahlı qüvvələrinin Ermənistan-Azərbaycan dövlət sərhədinin Kəlbəcər rayonu sahəsindəki mövqelərini atəşə tutması barədə məlumat yayıb. 

Məlumatda deyilir: 

"Azərbaycan Respublikası Müdafiə Nazirliyinin məlumatına əsasən, bu ilin 23 iyul tarixində Ermənistan silahlı qüvvələri Azərbaycan Ordusunun Ermənistan-Azərbaycan dövlət sərhədinin Kəlbəcər rayonu sahəsindəki mövqelərini atəşə tutub. Qarşı tərəfdən açılan snayper atəşi nəticəsində bir hərbi qulluqçumuz şəhid olub.

Ermənistan tərəfinin son zamanlar davamlı təxribatlara əl atması, Azərbaycan mövqelərini atəşə tutaraq, bölgədəki vəziyyəti gərginləşdirmək cəhdləri qəbuledilməzdir və vəziyyətin bu şəkildə inkişafının bütün məsuliyyəti Ermənistanın üzərinə düşür.

Azərbaycan, beynəlxalq sərhədləri çərçivəsində ərazi bütövlüyünü müdafiə etmək, habelə bölgədə sülh və təhlükəsizliyi təmin etmək üçün bütün lazımi addımları atmaq hüququnu özündə saxlayır".

Atəşkəsin növbəti dəfə pozulması

Qeyd edək ki, iyulun 23-ü saat 16:00 radələrində Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonu ərazisindəki mövqelərindən Azərbaycan Ordusunun Ermənistan-Azərbaycan dövlət sərhədinin Kəlbəcər rayonu sahəsindəki mövqelərini atəşə tutub.

Qarşı tərəfdən açılan snayper atəşi nəticəsində hərbi qulluqçumuz gizir Yaqublu Fərman Telman oğlu şəhid olub.

Müdafiə Nazirliyinin bildirdiyinə görə, hazırda qeyd olunan istiqamətdə yerləşən Azərbaycan Ordusunun bölmələri tərəfindən cavab tədbirləri həyata keçirilir.

"Ermənistan tərəfi bu kimi təxribat yolu ilə qəsdən iki ölkənin dövlət sərhədində vəziyyəti gərginləşdirmək məqsədi güdür. Baş vermiş təxribata görə bütün məsuliyyət tam şəkildə Ermənistanın üzərinə düşür", - MN bildirib.

Həmçinin oxuyun: 

* Düşmən Kəlbəcəri atəşə tutdu, Azərbaycan Ordusunun hərbçisi şəhid oldu

* Ermənistan Naxçıvandakı mövqelərimizi atəşə tutub, hərbçimiz yaralanıb - MN

* Kəlbəcər Ermənistan ərazisindən atəşə tutulub, cavab atəşi ilə susdurulub

* Ağdamdakı bölmələrimiz atəşə tutulub, Azərbaycan Ordusunun hərbi qulluqçusu yaralanıb

* Ermənistan Tovuz və Kəlbəcərdəki mövqelərimizi atəşə tutub

0