Zograp Mnatsakanyan

Ermənistandan sürpriz Türkiyə açıqlaması gəldi

1615
(Yenilənib 17:23 04.06.2018)
“Bu prosesə hazır olmağımız nəinki bizim, hətta bütün bölgənin xeyrinədir”

BAKI, 4 iyun — Sputnik. "Ermənistan xarici işlər naziri Zograp Mnatsakanyan ölkəsinin Türkiyə ilə əlaqələri qeyri-şərtsiz yaxşılaşdırmaq istədiyini bildirib". Sputnik Ermənistan xəbər verir ki, bunu erməni nazir "Azadlıq" radiosuna müsahibəsində qeyd edib.

Erməni nazir, eyni zamanda Türkiyənin əlaqələrin normallaşdırılmasına dair heç bir açıqlama vermədiyini də qeyd edib: "Biz yaxşı qonşuluq münasibətlərinə hazırıq, ancaq bu, bizim maraqlarımıza zidd olmalı deyil. Biz hələ də bu yanaşmanın tərəfdarıyıq. Bu prosesə hazır olmağımız nəinki bizim, hətta bütün bölgənin xeyrinədir. Ancaq bizim maraqlarımıza zərər verəcək addımlara hazır deyilik".

1615
Teqlər:
Zograp Mnatsakanyan, münasibətlər, xarici işlər naziri, Ermənistan, Türkiyə
 Təl-Əviv şəhərinə mənzərə, arxiv şəkli

İsrail Tel-Əvivdə bomba sığınacaqlarını açmağa məcbur oldu

11
Qəzza zolağından İsrail ərazisinin raket atəşinə tutulmasına cavab olaraq İsrail ordusu qarşı tərəfi aviabombardmana məruz qoyub.  

BAKI, 11 may - Sputnik. Qəzza zolağından ərazinin raket atəşinə tutulması səbəbilə Tel-Əvivdə kütləvi bomba sığınacaqları açılıb. 

Sputnik Azərbaycan bildirir ki, bu barədə şəhər bələdiyyəsindən məlumat verilib. 

İsrail Ordusunun mətbuat xidmətindən RİA Novosti-yə istinadən bildirilib ki, hazırda Tel-Əvivə zərbə endirildiyi barədə məlumat daxil olmayıb. Ancaq bundan öncə bir sıra Fələstin KİV-i "Əl-Qüds" briqadasının ("İslami Cihad" hərbi qanadı) Tel-Əvivi raket atəşinə tuduğunu yazırdı.

 

Qeyd edək ki, bir neçə gündür, İsrail Qəzza zolağı ilə sərhəddə problem yaşayır. Mayın 10-da isə Qüds şəhərində fələstinlilərlə polis arasında qarşıdurma böyüyüb, xeyli insan yaralanıb.

Qəzza zolağından İsrail ərazisinin raket atəşinə tutulmasına cavab olaraq İsrail ordusu qarşı tərəfi aviabombardmana məruz qoyub.  

Eləcə də oxuyun: 

*Müsəlmanların ilk qibləsində qan düşdü: yaralı sayı artır - VİDEO

Qüdsdə qarışıqlıq: qarşıdurmalara yanğın də əlavə oldu - VİDEO

 

11
Teqlər:
Qəzza zolağı, sığınacaq, bomba, Tel-Əviv, İsrail
Qüdsdə İsrail polisi və fələstinlilər arasında toqquşma

Qüdsdə qarışıqlıq: qarşıdurmalara yanğın əlavə oldu - VİDEO

16
(Yenilənib 00:06 11.05.2021)
Bu gün Beytül-Müqəddəs (Əl-Əqsa məscidi) yaxınlığında fələstinlilərlə İsrail polisi arasında qarşıdurma güclənib. Qəzza zolağından isə İsrail ərazisinə onlarla raket buraxılıb.

BAKI, 10 may - Sputnik. Müqəddəs şəhər Qüdsdə, Əl-Əqsa məscidinin yaxınlığında ağaca od düşüb. Bir qədər sonra önu söndürüblər.

Bu barədə İsrail polisinin nümayəndəsi Mixael Zingerman RİA Novosti-yə məlumat verib. O qeyd edib ki, ağac atılan fişənglərdən od tutub. 

Qüdsün şərqində fələstinlilərlə İsrail polisi arasında qarşıdurmalar bir neçə gündür ki, davam edir. Qüdsdəki Qırmızı Aypara cəmiyyətinin məlumatına görə, bu gün axşam saatlarında yaralıların sayı 278-ə çatıb. 

HƏMAS qrupunun "Əl-Qəssam" briqadasının nümayəndəsi Əbu-Obayda bu gün bəyan etmişdi ki, İsrailin öz əsgərlərini Əl-Əqsa məscidi ilə Şeyx Cərrah rayonlarından çıxarması üçün 18:00-dək vaxt verir. Bundan sonra İsrailin Müdafiə Ordusunun mətbuat katibi Yonatan Konrikus Qəzza zolağından İsrail ərazisinə onlarla raketin buraxıldığını söyləyib. Onun sözlərinə görə, raketlərin çoxu açıq əraziyə düşüb, müəyyən hissəsi də "Dəmir gümbəz" RƏM sistemi ilə tutulsa da, Sderotada bir nəfər xəsarət alıb. Həyəcan siqnalları Qüdsdə də işə düşüb.

İsrailin Baş naziri Binyamin Netanyahu ölkəni raket atəşinə tutanlara cavabın ağır olacağını, münaqişənin isə hələ bir müddət davam edəcəyini bəyan edib. 

İsrail Qəzza zolağına aviazərbələr endirməyə başlayıb. Fələstin anklavının nümayəndəsi Əşrəf əl-Kidranın RİA Novosti-yə verdiyi məlumata görə, aviazərbələr nəticəsində 20 nəfər ölüb, onlardan doqquzu uşaq və biri qadındır. Daha 65 nəfər yaralanıb.

Bu arada Rusiya və Türkiyənin xarici işlər nazirləri Sergey LavrovMövlud Çavuşoğlu da telefonla Qüdsdəki durumu müzakirə ediblər. Onlar fələstinlilərin Şeyx Cərrah məhəlləsindən çıxarılmasını qınayaraq tərəfləri təmkinli olmağa dəvət ediblər. 

Eləcə də oxuyun: 

Müsəlmanların ilk qibləsində qan düşdü: yaralı sayı artır - VİDEO

 

16
Teqlər:
video, yanğın, qarşıdurma, İsrail, Qüds

Sonuncu yaz ayında ikinci sürpriz: Azərbaycanda qar yağdı - FOTO

126
Dəniz səviyyəsindən 1280 metr hündürlükdə yerləşən Ləzə kəndinin sakinləri may ayında yağan qarı bolluq rəmzi kimi qiymətləndirirlər.

Leyla Abdullayeva, Sputnik Azərbaycan 

BAKI, 11 may - Sputnik. Şimal bölgəsi may ayında ikinci dəfə sürpriz təbiət hadisəsi ilə qarşılaşıb. 
Qubadan sonra bu gün qar Qusarın Ləzə kəndinə yağıb. Sputnik Azərbaycan-ın verdiyi məlumata görə, qarın hündürlüyü 10 sm-ə yaxın olub. 

  • Lazaya may ayında qar yağıb
    Leyla Abdullayeva
  • Lazaya may ayında qar yağdı
    Leyla Abdullayeva
1 / 2
Leyla Abdullayeva
Lazaya may ayında qar yağıb

Dəniz səviyyəsindən 1280 metr hündürlükdə yerləşən Ləzə kəndinin sakinləri may ayında yağan qarı bolluq rəmzi kimi qiymətləndirirlər. Yaz ayı olduğundan yağan qar artıq əriməyə başlayıb.

Xatırladaq ki, mayın 5-də Qubanın Xınalıq kəndində qar yağmışdı. Gecə saatlarında yağan intensiv yağışı səhər saatlarında qar əvəz etmiş, qarın hündürlüyü 4-5 sm-ə yaxın olmuşdu.

Eləcə də oxuyun: 

Külək Goranboy sakinlərini müharibə dövrünə qaytardı - FOTO

* Umayra Tağıyeva: “Mayın 11-dən 14-dək havanın temperaturu gündən-günə yüksələcək

Güclü külək şimal-qərb bölgəsində fəsadlar törədib - FOTO

 

 

126
Teqlər:
may, Laza, qar