Президентский дворец в Тбилиси

Tbilisidə metro fəaliyyətini dayandırdı, avtobuslar pulsuz xidmətə keçdi

166
(Yenilənib 12:06 04.06.2018)
Metroda maşinistlər aclıq aksiyasına başlamaq niyyətində olduqlarını bəyan ediblər

BAKI, 4 iyun — Sputnik. Tbilisi metrosunda maşinistlər tətil elan edib və bu səbəbdən bu gün şəhər metrosu fəaliyyətini dayandırıb. Sputnik Azərbaycan "RİA Novosti"yə istinadən xəbər verir ki, etirazçılar əmək haqlarının artırılmasını tələb edirlər.

Metro stansiyalarının önündə sərnişinlərdən avtobusdan istifadə olunmasını xahiş edən, həmçinin metronun bağlı olmasını göstərən plakatlar yerləşdirilib. Öz növbəsində bu gün Tbilisidə avtobuslar pulsuz işləyəcək.

Metro maşinistləri, həmçinin aclıq aksiyasına başlamaq niyyətində olduqlarını da bəyan ediblər. Tbilisi meri Kaxa Kaladze maşinistlərin tətil barədə qərarına hiddətlənərək qeyd edib ki, "onlar kifayət qədər əmək haqqı alırlar".

Maşinistlər onlardan əmək haqlarının bir saat üçün 7 laridən 10 lariyə artırılmasını tələb edirlər. Ümumilikdə, Tbilisi metrosunda 240 maşinist işləyir.

166
Teqlər:
maşinist, əmək haqları, lari, Tbilisi, metro, avtobus, tətil
Əlaqədar
Tbilisidəki etiraz aksiyasında gözlənilməz dönüş: Daxili işlər naziri...
Tbilisidə yenidən etiraz aksiyası başlayıb
Tbilisidə vəziyyət gərginləşir: Aksiya iştirakçıları çadırlar qurur
Arxeoloji qazıntılar, arxiv şəkli

Yeddi min ilin sirri - Polşada qədim xəndəklər aşkar edilib

3
(Yenilənib 23:51 06.07.2020)
Polşada daha əvvəl buna bənzər tapıntı aşkarlanmayıb. Ancaq Slovakiyada, Çexiyada, Macarıstanda və digər ölkələrdə buna bənzər çıxıntılar - quruluşlar hələ də qalıb.

BAKI, 7 iyul — Sputnik. Arxeoloqlar qrupu Polşanın şimalında naməlum mənşəli xəndəklər sistemi aşkarlayıb. Sputnik Azərbaycan xarici mətbuata istinadla xəbər verir ki, tədqiqatlarla müəyyən edilib ki, hündürlükdən onlar tək şəkil kimi görünürmüş.

Xəndəklər ilk dəfə "Google Maps" və "Google Earth" xəritələrinin köməyi ilə gözə çarpıb. Alimlərin fikrincə, obyektlərin 7 minə yaxın yaşı var.

Polşada daha əvvəl buna bənzər tapıntı aşkarlanmayıb. Ancaq Slovakiyada, Çexiyada, Macarıstanda və digər ölkələrdə buna bənzər çıxıntılar - quruluşlar hələ də qalıb.

Xəndəklər bir mərkəz ətrafında oval şəklində qazılıb və bəzi yerlərdə torpaq "körpülər" qorunub saxlanılıb.

Xəndəklərin eni üç metr, dərinliyi iki metrdir. Ən böyüyünün diametri 85 metr təşkil edir. Yəqin ki, qədim tayfalar onları sümük alətlərinin köməyi ilə qazıblar, bu da çox səy və vaxt tələb edib. Arxeoloqların sözlərinə görə, gil torpaqlarda müasir avadanlıqlarla belə qaıntı aparmaq çətindir.

Elm adamları bu quruluşların ritual məna kəsb etdiyini düşünürlər. Ancaq burada hansı ayinlərin keçirildiyi hələ müəyyən edilməyib. İçəridə olan qədim kömür izləri burada hansısa tikilinin olduğunu və sonradan yandığını sübut edir.

3
London, arxiv şəkli

Fərdi sanksiyalar! Britaniya rusiyalılara səudiyyəlilərə qarşı "müharibəyə" başlayır

1
(Yenilənib 23:01 06.07.2020)
Bəzi rusiyalılara Birləşmiş Krallığa daxil olmaq qadağan ediləcək və onların Britaniya banklarındakı hesabları dondurulacaq.

BAKI, 6 iyul — Sputnik. Böyük Britaniyanın Xarici İşlər naziri Dominik Raab bazar ertəsi "Maqnitski düzəlişi" çərçivəsində insan hüquqlarının pozulmasına görə barəsində sanksiyalar tətbiq ediləcək Rusiya və Səudiyyə Ərəbistanı vətəndaşlarının adlarını açıqlayacaq.

Sputnik Azərbaycan xəbər verir ki, bu barədə "Financial Times" qəzeti nazirin özünə istinadən məlumat yayıb.

Nəşrin məlumatına görə, bəzi rusiyalılara Birləşmiş Krallığa daxil olmaq qadağan ediləcək və onların Britaniya banklarındakı hesabları dondurulacaq. "Financial Times" yazır ki, sanksiya siyahısında "işgəncə icraçılarının, qatillərin və təcavüzkarların" adları olacaq.

Raabın qara siyahısına, Londonun fikrincə, 2009-cu ildə hüquqşünas Sergey Maqnitskinin ölümündə əli olan şəxslərin adları da daxil ediləcək. Nəşrin məlumatına görə, sanksiyalar dərhal qüvvəyə minəcək.

Qəzetin yazdığına görə, siyahıda müxalifətçi jurnalist Camal Qaşıqçının öldürülməsində əli olduğu şübhəli bilinən Səudiyyə Ərəbistanı təbəələrinin də adları olacaq.

1