SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Bəşər Əsəd terror təşkilatı ilə razılığa gəlib

© Photo : Press Sercie of Bashar Al-AssadSuriya prezidenti Bəşər Əsəd
Suriya prezidenti Bəşər Əsəd - Sputnik Azərbaycan
Abunə olmaq
Bəşər Əsəd rejimi ilə terror təşkilatı YPG/PKK arasında Suriyanın Deyr əz-Zor əyalətində neft mübadiləsini nəzərdə tutan razılaşma əldə olunduğu iddia edilib

BAKI, 2 iyun — Sputnik. Bəşər Əsəd rejimi ilə terror təşkilatı YPG/PKK arasında Suriyanın Deyr əz-Zor əyalətində neft mübadiləsini nəzərdə tutan razılaşma əldə olunduğu iddia edilib.

Sputnik Azərbaycan "Habertürk"ə istinadla xəbər verir ki, razılığa görə, YPG/PKK işğal etdiyi ən böyük neft yatağından hər 100 barel xam neft qarşılığında rejimdən 75 barel mazut alacağı deyilib.

Rejim və YPG/PKK təxminən bir il əvvəl Suriyada Haseke rayonundakı yataqlardan çıxarılan neftin gəlirini bölüşdürmək qərarı almışdı.

Deyr əz-Zor əyaləti ölkənin ən böyük enerji resurslarına malikdir. Təxmini hesablamalara görə, Suriyanın enerji ehtiyatlarının təxminən üçdə birini təşkil edir.

Xəbər lenti
0