Karakasda metro stansiyası, arxiv şəkli

Metro pulsuz oldu İlginc səbəb

1132
(Yenilənib 21:38 01.06.2018)
Qeyd edək ki, hər gün Karakas metrosundan 2 milyondan çox insan istifadə edir

BAKI, 1 iyun — Sputnik. Venesuela paytaxtı Karakasda 53 metronun stansiyası sərnişinlər üçün pulsuz olub. Sputnik Azərbaycan xəbər verir ki, buna səbəb metro üçün biletlərin hazırlanmasının mümkünsüzlüyü olub.

Belə ki, Karakas metrosu biletlərin çapı üçün xammalı xaricdən alır. Lakin iqtisadi böhranla əlaqədar öz valyuta rezervlərində qənaət etməyə məcbur olan ölkə bir ildən artıqdır ki, nəqliyyat şirkətinə xammalın alınması üçün pul ayırmır.

Nəticədə ölkə stansiyalarının rəhbərləri sərnişinlər üçün girişin pulsuz olması barədə tapşırıq veriblər.

Qeyd edək ki, hər gün Karakas metrosundan 2 milyondan çox insan istifadə edir.

1132