Paşinyan təmizliyə başladı: 10 qubernatordan 8-i qovuldu

© Sputnik / Sergey Guneyev / Mediabanka keçidПремьер-министр Армении Никол Пашинян
Премьер-министр Армении Никол Пашинян - Sputnik Azərbaycan
Abunə olmaq
Armavir və Syunik vilayətlərinin qubernatorları isə dəyişdirilməyib

BAKI, 1 iyun — Sputnik. Ermənistanın 10 vilayətindən 8-nin qubernatoru dəyişdirilib. Sputnik Ermənistan xəbər verir ki, bu barədə qərar hökumətin bu gün baş nazir Paşinyanın iştirakı ilə baş tutan iclasında verilib.

Məlumata əsasən, Araqatsotn vilayətinin qubernatoru postuna Aşor Simonyan, Ararat vilayətinə Qarik Sarkisyan, Kotayk vilayətinə Romanos Petrosyan, Tavuş vilayətinə Vaqe Qalumyan, Şirak vilayətinə Karen Saruxanyan, Qeqarkunik vilayətinə İşxan Sqatelyan, Lori vilayətinə Qrant Markaryan və Vayots Dzor vilayətinə isə Araqats Saqatelyan təyin olunub.

Armavir və Syunik vilayətlərinin qubernatorları isə dəyişdirilməyib.

Xəbər lenti
0