Qandal, arxiv şəkli

Ermənistanda qisas aksiyası başladı: Şəhər meri həbs olundu

66
(Yenilənib 10:32 01.06.2018)
Aprelin 22-i əllərində dəyənək və daşla silahlanan bir qrup şəxs nümayişçilərə hücum edib

BAKI, 1 iyun — Sputnik. Ermənistanda Masis şəhərinin meri Yerevanda qarşıdurmalarla bağlı iş üzrə saxlanılıb. Sputnik Ermənistan xəbər verir ki bunu  Ermənistan İstintaq Komitəsi sədrinin müşaviri Sona Truzyan öz "Facebook" səhifəsində yazıb.

"Erebunu administrativ rayonunda aprelin 22-si baş verən qarşıdurmalarla bağlı aparılan istintaq işi çərçivəsində Masis şəhərinin meri David Ambarçumyan və onun müavin Karen Oqonyan da daxil olmaqla beş nəfər saxlanılıb" – deyə Truzyan qeyd edib.

Qeyd edək ki, aprelin 22-i əllərində dəyənək və daşla silahlanan bir qrup şəxs nümayişçilərə hücum edib.

Xatırladaq ki, Ermənistanın sabiq baş naziri Serj Sarqsyan aprelin 23-də uzun müddət davam edən etiraz aksiyalarından sonra istefa verməyə məcbur olub. Mayın 8-ində isə Ermənistan Milli Məclisi xüsusi iclasında ölkənin baş nazirini seçib. Baş nazir postunu "Mənim addımım" hərəkatının lideri Nikol Paşinyan tutub.

66
Teqlər:
Masis, mer, Ermənistan, həbs