Ankara şəhəri, arxiv şəkli

Ankara Fələstini tək qoydu: Qüds məsələsində geri addım

1455
(Yenilənib 23:23 30.05.2018)
Çavuşoğlu vurğulayıb ki, ölkəsi ABŞ-dakı səfirini geri çağırmayıb, o yalnız məsləhətləşmələr üçün geri gəlib

BAKI, 30 may — Sputnik. ABŞ İsraildəki səfirliyinin Qüdsə köçürülməsinə etiraz olaraq geri çağırılan Türkiyə səfiri Sərdar Kılıç yenidən Vaşinqtona qayıdacaq. Sputnik Azərbaycan "NTV"-yə istinadən xəbər verir ki, bunu Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu bildirib.

Çavuşoğlu vurğulayıb ki, ölkəsi ABŞ-dakı səfirini geri çağırmayıb, o yalnız məsləhətləşmələr üçün geri gəlib.

Xatırladaq ki, mayın 14-də Birləşmiş Ştatların Təl-Əvivdəki səfirliyi rəsmən Qüdsə köçürülüb. Mərasimdə ABŞ və İsraildən olan nümayəndələr iştirak ediblər.

Fələstində ABŞ-ın İsraildəki səfirliyini Qüds şəhərinə köçürməsinə etiraz olaraq keçirilən kütləvi aksiyalarda İsrail ordusu ilə baş verən toqquşmalar nəticəsində isə 60 nəfər ölüb, 3000-dən çox insan yaralanıb. Bundan sonra Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İsraili terror dövləti adlandıraraq Qəzza zolağında ölənlər üçün ölkəsində üç günlük matəm elan edib. Türkiyənin İsraildəki və ABŞ-dakə səfirləri geri çağırılıb. İsrailin Ankaradakı səfiri Eitan Naeh mayın 15-də Türkiyə Xarici İşlər Nazirliyinə çağırılıb. Sputnik Azərbaycan xəbər verir ki, mayın 14-də Qəzza zolağında baş verən hadisələrlə bağlı diplomata etiraz notası təqdim edilib. Türkiyə XİN rəsmiləri, eyni zamanda səfirə Ankaranı tərk edərək İsrailə qayıtmağı və bir müddət ölkəsində qalmağı tövsiyə ediblər. Mayın 16-ı İsrailin Ankaradakı səfiri Eitan Türkiyəni tərk edib.

İsrailin turizm naziri Yariv Levi isə ölkə vətəndaşlarını Türkiyəyə getməməyə çağırıb.

1455
Əlaqədar
Qüds öz yerində, amma bütün amillər İsraillə əməkdaşlığı zəruri edir
Qüds olayları ilə bağlı Türkiyə bu addımı atdı: Hökumət sözçüsü elan etdi...
Afrin əməliyyatının "Qüds" məsələsi ilə əlaqəsi nədir?
Çin ABŞ və İsrailə sitəm çəkdi: Şərqi Qüds Fələstinin paytaxtıdır