Dünyanın ən dəyərli pasportu müəyyənləşib, Azərbaycan siyahıda ...

© SputnikDiplomatik pasport
Diplomatik pasport - Sputnik Azərbaycan
Abunə olmaq
Dünyanın ən dəyərsiz pasportu isə 30 ölkəyə vizasız girişi olan Əfqanıstan pasportudur

BAKI, 30 may — Sputnik. Dünyanın ən qüdrətli pasportu müəyyən edilib. Sputnik Azərbaycan Türkiyə mətbuatına istinadla xəbər verir ki, 2018-ci ilin ən güclü pasportu Yaponiya vətəndaşlarına məxsusdur. Belə ki, onlar bu pasportla 189 ölkəyə vizasız gedə bilirlər. Türkiyə pasportu isə 111 ölkəyə vizasız getməyin mümkün olduğuna görə sırada 49-cudur.

Ajan Pressin apardığı araşdırmaya görə, ilk yerdə 189 ölkəyə vizasız giriş ilə Yaponya, ikinci yerdə 188 ölkəyə vizasız girişlə Sinqapur və Almanya pasportları tuturlar. Şimali Koreya, Finlandiya, Fransa, İtaliya, İspaniya, İsveç pasportları isə 3-cü yerdədir.

Dünyanın ən dəyərsiz pasportu isə 30 ölkəyə vizasız girişi olan Əfqanıstan pasportudur.

Azərbaycan pasportu isə 66 ölkəyə vizasız girişi olduğu üçün 69-cu yerdədir.

Xəbər lenti
0