Ərdoğan və Merkel

Merkel Ərdoğanı Almaniyaya dəvət etdi - Seçkidən sonra

118
(Yenilənib 19:54 29.05.2018)
Qeyd edək ki, 25 il əvvəl Almaniyanın Solingen şəhərində irqçi hücum nəticəsində 5 türk vətəndaşı ölüb

BAKI, 29 may — Sputnik. Almaniya kansleri Angela Merkel iyunun 24-də Türkiyədə keçiriləcək prezident seçkilərindən sonra prezident Rəcəb Tayyib Ərdoğanı Almaniyaya səfərə dəvət edib. Sputnik Türkiyə xəbər verir ki, Merkel bu fikirləri Solingen faciəsinin 25 illiyi münasibəti ilə Almaniyada səfərdə olan Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu ilə görüşdə bildirib.

Qeyd edək ki, 25 il əvvəl Almaniyanın Solingen şəhərində irqçi hücum nəticəsində 5 türk vətəndaşı ölüb.

Xatırladaq ki, Türkiyədə iyunun 24-də növbədənkənar prezident və parlament seçkiləri keçiriləcək. Prezident Ərdoğan açıqlamasında Suriyadakı transsərhəd əməliyyatları, bölgədəki əhəmiyyətli hadisələri nəzərə alaraq köhnə sistemin problemlərinin ən qısa zamanda həll edilməsinin lazım olduğunu bildirmişdi. O qeyd etmişdi ki, Türkiyədə yeni rəhbərliyə keçid daha da tezləşdirilməlidir.

Maraqlıdır ki, nəzəri olaraq iyunun 24-də keçiriləcək seçkilərdə Ərdoğan qalib gəlməyə də bilər. O halda Merkelin niyə məhz onu dəvət etdiyi maraq doğurur.

118
Əlaqədar
Putin və Merkel RİA Novosti-nin Ukrayna bürosunun əməkdaşından danışdı
Angela Merkel İlham Əliyevi təbrik etdi
Merkel Tramp və Putinlə eyni masaya oturmaqdan imtina etdi
Merkel türklərə bunu söz verdi
Yıldırımla Merkel qapalı görüş keçirdi
Amerikalı hərbçilər, arxiv şəkli

Kontingent böyüyür: ABŞ Polşa ilə hərbi əməkdaşlıq sazişi imzalayıb

2
(Yenilənib 21:32 15.08.2020)
Sənəd ötən il Vaşinqtonda prezidentlər Andjey Duda və Donald Trampın imzaladıqları bəyannamənin davamıdır.

BAKI, 15 avqust — Sputnik. Vaşinqton və Varşava hərbi əməkdaşlıq haqqında müqavilə imzalayıb.

Sputnik Azərbaycan RİA Novosti-yə istinadən xəbər verir ki, Amerika tərəfindən sazişə Dövlət katibi Mayk Pompeo, Polşa tərəfindən isə Milli Müdafiə naziri Mariuş Blaşak imza atıb.

Sənəd ötən il Vaşinqtonda prezidentlər Andjey Duda və Donald Trampın imzaladıqları bəyannamənin davamıdır.

Saziş xüsusilə Polşadakı Amerika hərbi kontingentinin sayının min nəfər artırılmasını, həmçinin ABŞ Quru qoşunlarının Beşinci korpusunun Komandanlığının respublikaya köçürülməsini nəzərdə tutur.

Hazırda Polşada beş minə yaxın Amerika əsgəri yerləşdirilib.

Sənəd imzalanarkən Duda bəyan edib ki, Polşa ilə ABŞ-ın hərbi əməkdaşlığı "Avropanın bizim yaşadığımız hissəsi üçün", xüsusilə Baltikyanı ölkələr və Ukrayna üçün təhlükəsizliyin gücləndirilməsi deməkdir.

2
Belarus Prezidenti Aleksandr Lukaşenko, arxiv şəkli

Aleksandr Lukaşenko: "Sən demə mən ölmüşəm"

7
(Yenilənib 20:36 15.08.2020)
Lukaşenko qeyd edib ki, "Belarusun müdafiəsi" indi bütün İttifaq Dövlətinin müdafiəsidir və "belaruslular tab gətirməsə dalğa yayılacaq".

BAKI, 15 avqust — Sputnik. Belarus Prezidenti Aleksandr Lukaşenko respublikaya qarşı "təcavüz" baş verdiyini bildirib. O deyib ki, bu vəziyyətin inkişafı "artıq yalnız Belarus üçün" təhdid doğurmur.

"Biz dərinlikdə nə baş verdiyini görürük. Biz bunu çox yaxşı görürük", - Belarus prezidenti deyib.

O bildirib ki, "artıq xarici müdaxilənin elementləri ortaya çıxıb."

Prezident həmçinin qeyd edib ki, "Belarusun müdafiəsi" indi bütün İttifaq Dövlətinin müdafiəsidir və "belaruslular tab gətirməsə dalğa yayılacaq".

Dövlət başçısının dediyinə görə, küçələrdəki etirazçılar "nə etdiklərini bilmirlər" və işlərin real vəziyyətini onları "əlaqələndirən və istiqamətləndirən" şəxslər başa düşürlər. O, sosial şəbəkələrdə səhnələşdirilmiş kadrlardan və feyklərdən istifadə edildiyini vurğulayıb.

"Sən demə mənim artıq Moskvada hansısa evimi tapıblar. İndi açıq şəkildə demək istəyirəm: tapmısınız, götürün. Mənim Belarusda heç bir mülkiyyətim yoxdur, kənddə yaşadığım rəsmi iqamətgahdan başqa. Sən demə mən artıq srağagün ölkədən getmişəm, sən demə gah mən ölmüşəm, gah da xəstələnmişəm."

Avqustun 9-da respublikada prezident seçkiləri keçirilib. Mərkəzi Seçki Komissiyasının məlumatına görə, dövlət başçısı Aleksandr Lukaşenko səslərin 80,1 faizini, Svetlana Tixanovskaya isə 10,12 faizini toplayıb. Müxalifət bu nəticələri qəbul etməyib, Tixanovskaya isə Litvaya köçüb. Ölkədə altıncı gün icazəsiz etiraz aksiyaları keçirilir.

7