Gürcüstan Suriya ilə diplomatik əlaqələri kəsir

© Sputnik / Mikhail Mokrushin / Mediabanka keçidСобор Святой Троицы в Тбилиси
Собор Святой Троицы в Тбилиси - Sputnik Azərbaycan
Abunə olmaq
"Beynəlxalq birlik Gürcüstanın suverenliyini, ərazi bütövlüyünü və tanımamaq siyasətini dəstəkləyir"

BAKI, 29 may — Sputnik. Rəsmi Tbilisi Suriya tərəfindən Gürcüstanın əraziləri olan Abxaziya və Cənubi Osetiyanın müstəqilliyinin tanımasını kəskin şəkildə pisləyib. Sputnik Gürcüstan xəbər verir ki, bunu Gürcüstan xarici işlər nazirinin müavini David Dondua bildirib.

"Suriya rejimi suveren dövlətin ərazi bütövlüyünü və beynəlxalq hüquq çərçivəsində tanınan sərhədlərin pozulmasının qəbuledilməzliyinə dair öhdəliklərə əhəmiyyət verməyib. Gürcüstan Suriya Ərəb Respublikası ilə diplomatik əlaqələrin diplomatik əlaqələrin kəsilməsi ilə bağlı prosedura başlayıb. Aydın şəkildə vurğulamaq lazımdır ki, beynəlxalq birlik Gürcüstanın suverenliyini, ərazi bütövlüyünü və tanımamaq siyasətini (Abxaziya və Cənubi Osetiya – red.) dəstəkləyir", — deyə Dondua qeyd edib.

Qeyd edək ki, bu gün Suriya qondarma "Abxaziya" və "Cənubi Osetiya"nın müstəqilliyini tanıyıb.

Xəbər lenti
0