Səudiyyə Ərəbistanı ümrə qadağasını götürdü

© AFP 2023 / MOHAMMED AL-SHAIKHМусульманские паломники в Каабе. Архивное фото
Мусульманские паломники в Каабе. Архивное фото - Sputnik Azərbaycan
Abunə olmaq
Bu ildən etibarən Səudiyyə Ərəbistanı ümrə yolunun açılmasına qərar verib

BAKI, 29 may — Sputnik. Səudiyyə Ərəbistanı 3 illik fasilədən sonra yəmənlilərin ümrə ziyarətlərini yerinə yetirə bilmələri üçün ölkəyə daxil olmalarına icazə verib.

Sputnik Azərbaycan xarici mətbuata istinadla xəbər verir ki, Yəmən vəqflər naziri Əhməd Ətiyyənin verdiyi yazılı açıqlamaya görə, bu ildən etibarən Səudiyyə Ərəbistanı ümrə yolunun açılmasına qərar verib.

Ümrə üçün Səudiyyə Ərəbistanına giriş 3 il bundan əvvəl şiə hüsilərin Yəməndə başlatdığı münaqişə səbəbilə bağlanmışdı.

Xəbər lenti
0