Körpə uşaq, arxiv şəkli

Dövlət işə qarışdı, körpənin adını dəyişməyi tələb etdi

1412
(Yenilənib 00:35 29.05.2018)
Blu ancaq kişilərə ad kimi qoyula bilər

BAKI, 29 may — Sputnik. İtaliyada qeyri-adi hadisə baş verib. Sputnik Azərbaycan Türkiyə mediasına istinadən xəbər verir ki, hadisə Milanda yaşanıb.

Belə ki, Milanda yaşayan cütlüyün 1,5 il əvvəl qızı dünyaya gəlib və ona İtaliya mədəniyyətinə aid olmayan Bluyu adı verilib. Valideynlər qızlarının adını qeydiyyata da salıblar. Hər şey də bundan sonra başlayıb. Dövlət orqanından onlara göndərilən məktubda bildirilir ki, bu ad İtaliyaya xas olmadığı üçün valideynlər qızlarının adını dəyişməlidir.

Səbəb isə blu sözünün ingiliscədən tərcüməsinin mavi olmasıdır və bu adın qızlara qoyulmasının düzgün sayılmamasıdır. Məktubda qeyd edilib ki, blu ancaq kişilərə ad kimi qoyula bilər. Hətta valideynlərə xəbərdarlıq edilib ki, məhkəməyə gəlməsələr və uşağa ad qoymasalar, hakim özü uşağa yeni ad qoyacaq.

Valideynlər açıqlamada bunun çətin olduğunu deyiblər. Onlar qeyd ediblər ki, körpə qızcığaz özü də adının Blu olduğunu bilir və hər yerdə məhz bu adla tanınır.

1412
Teqlər:
dəyişmək, ad, dövlət, qadağa, İtaliya