Təhlükəli iddia: Yeni İŞİD yaranır?

© AP Photo / Raqqa Media Center via APRakka şəhərində İŞİD döyüşçüləri. Arxiv şəkli
Rakka şəhərində İŞİD döyüşçüləri. Arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Lavrov Rusiyanın regionda terror təşkilatı qurmasına dair ABŞ-a bir neçə dəfə xəbərdarlıq etdiyini bildirib

BAKI, 28 may — Sputnik. Rusiyanın xarici işlər naziri Sergey Lavrov Suriyada İŞİD ilə əlaqəli olan yeni terror təşkilatlarının ortaya çıxdığını iddia edib.

Sputnik Azərbaycan "Haber3"ə istinadla xəbər verir ki, Lavrov Suriyada ABŞ-ın nəzarətindəki Əl Tanf bölgəsində İŞİD ilə əlaqəli olan yeni terror təşkilatlarının ortaya çıxdığını söyləyib. Lavrov bunun Vaşinqton ilə Moskva arasındakı müqavilələrə zidd olduğunu bildirib.

ABŞ-ın Əl Tanf bölgəsindən güclərini geri çəkəcəyi ilə bağlı iddialara münasibət bildirən Lavrov bunun reallıq olacağına ümid etdiklərini deyib.

Lavrov Rusiyanın regionda terror təşkilatı qurmasına dair ABŞ-a bir neçə dəfə xəbərdarlıq etdiyini bildirib: "Bu vəziyyət, Suriyanın cənubunda gərginliyi azaltmağa yönələn işlərə uyğun gəlmir. Bu sahədə diplomatlar və hərbi rəsmilər səviyyəsində təmaslar davam edir".

Suriyanın cənubunda İsrail və digər qüvvələrin varlığına dair sualı cavablandıran Lavrov deyib: "Regionda Suriya ordusu qüvvələrindən başqa bütün qüvvələr geri çəkilməlidir. Suriyanın İsrail sərhədində təkcə Suriya ordusu olmalıdır".

Xəbər lenti
0