F-35 qırıcı təyyarəsi

Türkiyə seçim edir: Su-57, yoxsa F-35

457
(Yenilənib 21:31 27.05.2018)
"Ankara iyun ayında almalı olduğu təyyarələrdən imtina etmək niyyətində deyil"

BAKI, 27 may — Sputnik. Türkiyə Amerikanın F-35 qırıcılarının əvəzinə Rusiyanın Su-57 qırıcılarını ala bilər. Sputnik Azərbaycan xəbər verir ki. Bunu "Yeni Şafak" qəzeti məlumatlı mənbələrə istinadən bildirib.

Qəzet yazır ki, ABŞ Türkiyənin Rusiya istehsalı olan S-400 zenit-raket kompleksləri almasına cavab olaraq, bu ölkəyə F-35 təyyarələni satmaqdan imtina edə bilər. Bu halda Türkiyə Rusiya Su-57 qırıcılarını almaq üzərində düşünəcək: "Ankara iyun ayında almalı olduğu təyyarələrdən imtina etmək niyyətində deyil".

2017-ci ilin dekabrında Türkiyə və Rusiya "S-400"-lərin Türkiyəyə satışı ilə bağlı kredit müqaviləsi imzalayıb. Türkiyə Rusiyadan iki "S-400" batareyası alacaq. Tərəflər "S-400"-lərin Türkiyədə istehsalı sahəsində də əməkdaşlıq etmək barədə razılığa gəliblər.

Rusiyadan "S-400"-lərin alınması məsələsi ilə bağlı ABŞ və NATO rəsmiləri dəfələrlə Türkiyəni tənqid ediblər. ABŞ dövlət katibinin köməkçisi Uess Mitçell bildirib ki, "S-400"-lərin alınması Türkiyədən ABŞ-dan "F-35" tədarük etməsinə mənfi təsir göstərəcək. ABŞ Nümayəndələr Palatası da Rusiyadan "S-400"-lər alınacağı təqdirdə Türkiyəyə "F-35" qırıcılarının satışına qadağa qoyulması barədə qanun layihəsini qəbul edib. Qanun layihəsi növbəti mərhələdə Senatda müzakirəyə çıxarılacaq. Yekun mərhələdə isə bu sənədi ABŞ prezidenti imzalamalıdır. Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu isə bildirib ki, əgər ABŞ "F-35" qırıcılarının satışına mane olarsa, Ankara cavab addımları atacaq.

457
Teqlər:
Su-57 qırıcı təyyarəsi, "F-35" qırıcı təyyarəsi, S-400, seçim, Türkiyə