Nəhəng şüşə yerə düşdü və... – VİDEO

© Photo : Youtube / Вести ХостингŞüşə parçasının yerə düşmə anı
Şüşə parçasının yerə düşmə anı - Sputnik Azərbaycan
Abunə olmaq
Kəndir qırılan zaman alpinistlər öz həmkarlarını xəbərdar edə bildiklərindən şüşənin düşdüyü yerdə heç kəs xəsarət almayıb

BAKI, 27 may — Sputnik. Moskva yaxınlığında çoxmərtəbəli binada böyük şüşələrin quraşdırılması zamanı kəndir qırılıb və şüşə parçalanaraq yerə səpələnib. Sputnik Azərbaycan Rusiya mətbuatına istinadla xəbər verir ki, 400 kiloqramlıq şüşə 47 mərtəbəli binadan düşüb.

Şüşənin qaldırılması üçün 500 kiloqramlıq qaldırma gücünə malik krandan istifadə edilib. Şüşənin özü 380 kiloqram olub. Onu qaldırmaq üçün istifadə edilən kəndirin çəkisi 45 kiloqrama çatıb.

Kəndir qırılan zaman alpinistlər öz həmkarlarını xəbərdar edə bildiklərindən şüşənin düşdüyü yerdə heç kəs xəsarət almayıb.

"Hamı salamatdır və heç kim xəsarət almayıb. Binanın fasadında qırılan şüşənin bərpası işləri davam etdirilir" – deyə mütəxəssislər bildirib.

Xəbər lenti
0