BAKI, 26 may — Sputnik. Rusiyada 90 yaşlı təqaüdçü həkim ehtiyatsızlığından dünyasını dəyişib.
Sputnik Azərbaycan Rusiya mətbuatına istinadla xəbər verir ki, sosial şəbəkələrdə həkimlərin qadını xərəkdən yerə saldığı videogörüntü yer alıb. Video kadrlarda görünür ki, həkimlər təqaüdçünü aşırıblar, onun başı yerə dəyib və ölüb.
Müəyyən edilib ki, qadın 1928-ci ildə anadan olub. Mayın 24-də onu ürək çatışmazlığı ilə xəstəxanaya aparıblar. Təcili yardımın həkimləri qadını kardioloji şöbəyə çatdırıblar. Amma burada onun halı pisləşib. Bundan sonra qadın reanimasiya şöbəsinə yerləşdirilib. Yaşlı qadını reanimasiya şöbəsinə aparan zaman xərək çevrilib və qadın asfaltın üzərinə düşüb. Qadın reanimasiyaya sağ çatdırılsa da, az sonra dünyasını dəyişib.
Hazırda hadisə hüquq mühafizə orqanları tərəfindən araşdırılır.
BAKI, 20 yanvar — Sputnik. Türkiyə Xarici İşlər Nazirliyi 20 Yanvar faciəsinin ildönümü ilə əlaqədar "Twitter"-də paylaşım edib.
Sputnik Azərbaycan xəbər verir ki, paylaşımda bildirilir: "20 Yanvar 1990-cı ildə Can Azərbaycanın istiqlalı üçün şəhid olan azərbaycanlı qardaşlarımızı rəhmətlə anırıq".
20 Ocak 1990"da Can #Azerbaycan"ın istiklali için şehit olan Azerbaycanlı kardeşlerimizi rahmetle anıyoruz.����������������@AzerbaijanMFA pic.twitter.com/4QmhzuiaIa
— T.C. Dışişleri Bakanlığı (@TC_Disisleri) January 20, 2021
Qeyd edək ki, daha əvvəl Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu öz hesabında 20 Yanvarla bağlı paylaşım etmişdi: "20 Yanvar 1990-cı ildə Can Azərbaycanın istiqlalı uğrunda həyatlarını fəda edən qardaşlarımızı rəhmətlə anıram. Şəhidlərin simvolu qərənfillər bu gün azad Azərbaycan torpaqlarının simvolu olan xarı bülbül ilə birlikdə açır. Üç rəngli bayrağınla məsud yaşa Can Azərbaycan!".
BAKI, 20 yanvar — Sputnik. Ermənistanda koronavirusa yoluxanların sayı 165221-ə çatıb. Sputnik Ermənistan xəbər verir ki, bu barədə Ermənistanın Xəstəliklərə Nəzarət və Profilaktika üzrə Milli Mərkəzinin yaydığı məlumatda bildirilib.
Məlumatda qeyd olunub ki, bir gündə bu virusa yoluxanların sayı daha 309 nəfər artıb.
Ermənistanda son gündə daha 9 nəfər ölüb. Ümumilikdə bu virusdan ölənlərin sayı 3016-ya çatıb. Xəstəlikdən sağalanların sayı 153857 nəfər olub. Hazırda bu ölkədə 7607 nəfər xəstəxanada müalicə alır.
Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus dünyanın əksər regionları və ölkələrində yayılıb. Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 96,1 milyonu keçib, 2,05 milyondan çox adam isə virus səbəbi ilə ölüb.
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın törətdiyi xəstəliyin adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.
Məlumdur ki, respublika üzrə təhsil müəssisələrində əyani dərslər 2020-ci il noyabrın 2-də koronavirus pandemiyası ilə bağlı vəziyyətin pisləşməsi səbəbi ilə dayandırılmışdı. Hazırda gündəlik yoluxma statistikası payızdakı göstəricilərədək azalıb. Eyni zamanda Azərbaycanda əhalinin müəyyən qrupunun da peyvəndlənməsinə başlanılıb.
Sosial şəbəkələrdə isə məktəblərin fevralın 1-dən, yaxud da 15-dən 5-9-cu sinif şagirdləri üçün açılacağı aktiv müzakirə olunur.
Təhsil müəssisələrinin yenidən açılması ilə şagirdləri nələrin gözlədiyi, təhsil prosesinin necə qurulacağı və onlayn dərslərlə uşaqların məktəbə gəlməsini necə uyğunlaşdıracaqları barədə sualları yanvarın 25-i saat 12:00-da Sputnik Azərbaycan-ın Multimedia mətbuat mərkəzində təhsil eksperti, Təhsil.biz maarifçi-informasiya portalının baş redaktoru Kamran Əsədov cavablandıracaq.
Spikerə sualları öncədən ivelizade@gmail.com elektron ünvanına göndərə bilərsiniz. Tədbir Sputnik Azərbaycan-ın Facebook səhifəsində canlı yayımlanacaq.
Əlaqə:
Telefonlar: 404-13-84/85
Ünvan: Mətbuat prospekti, 529-cu məhəllə, 23 M, BMM-in binası, 4-cü mərtəbə, Sputnik Azərbaycan Multimedia Mətbuat Mərkəzi