İnsanlıqdan kənar addım: Gözdən əlil şəxsi kafeyə buraxmadılar

© Sputnik / Vladimir Pesnya / Mediabanka keçidBələdçi it, arxiv şəkli
Bələdçi it, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Hadisə yerinə gələn polislər də kafe sahibini razı sala bilməyiblər

BAKI, 26 may — Sputnik. Rusiyada kafeyə buraxılmayan əlil polisə müraciət edib.

Sputnik Azərbaycan Rusiya mətbuatına istinadla xəbər verir ki, hadisə Kamçatkanın Yelizova şəhərində baş verib. Belə ki, kafe sahibi gözləri görməyən şəxsi və onun itini kafeyə buraxmaqdan imtina edib. Kafe sahibi polisin gəlməsinə də əhəmiyyət verməyib.

Məlumatda qeyd olunur ki, gözdən əlil olan şəxs öz rəfiqəsi ilə kafedə şam yetmək istəyib. Kafe sahibi isə itə görə onları məkana buraxmayıb. Əlil öz sənədlərini göstərib, haqqı olduğunu bildirib, qanunlar barədə danışıb. Amma bu da ona kömək etməyib və o, polis çağırmaq məcburiyyətində qalıb.

Hadisə yerinə gələn polislər də kafe sahibini razı sala bilməyiblər. Əlilə soyuq pilləkənlərin üzərində oturmaq təklif edilib.

Məsələ ilə bağlı araşdırma aparılır. Kafe sahibi kor insanın hüquqlarını pozduğu üçün 50 —100 min rubl (1383-2767 manat) cərimə edilə bilər.

Xəbər lenti
0