Hyubert

Uşaq qatilinə 50 il həbs cəzası verildi

47
(Yenilənib 01:33 26.05.2018)
O, qıza 16, oğlana isə 11 bıçaq zərbəsi endirib

BAKI, 26 may — Sputnik.  Körpə qatilinə 50 il azadlıqdan məhrumetmə cəzası verilib.

Sputnik Azərbaycan xarici mətbuata istinadla xəbər verir ki, 6 yaşlı uşağın qətlində ittiham edilən evsiz kişi məhkəmə prosesi zamanı yatıb. 31 yaşlı Xyubert adlı qatil əvvəlcə hadisəni törətmədiyini bildirib və hakimə "üzümə bax, mən pis adam deyiləm" deyib.

Ancaq hadisə yerində qatilin məhz olduğuna dair çoxsaylı sübutlar, o cümlədən qətlin bu şəxs tərəfindən həyata keçirildiyini sübut edən DNT nümunələri tapılıb.

İstintaq məlumatlarına görə, Xyubert liftdə bıçaqla iki uşağa hücum edib. Zərərçəkənlər 7 yaşlı Mikayla və 6 yaşlı Pi Cey olub. O, qıza 16, oğlana isə 11 bıçaq zərbəsi endirib. Uşaqlar xəstəxanaya çatdırılsa da, Mikaylanın həyatını xilas etmək mümkün olmayıb və o, ağ ciyərlərindən aldığı ağır zərbələrdən dünyasını dəyişib. Pi Cey isə ağır yaralandığına görə, 10 gün reanimasıyada qalmalı olub.

Qatil bundan əvvəl də adam öldürmək ittihamı ilə məhkəmə qarşısına çıxarılıb. Onu anasını öldürməyə cəhddə ittiham edirlərmiş. Qohumları bildiriblər ki, kişi psixi pozuntudan əziyyət çəkir.

Məhkəmə hökmünü elan edəndən sonra qatil yuxudan ayılıb və anlaşılmaz sözlər söyləyib.

47
Teqlər:
psixi pozuntu, bıçaq, qatil, uşaq
Türkiyə Böyük Millət Məclisi

Türkiyənin parlament partiyaları bəyanat yaydı: Azərbaycanın yanında olmağa davam edəcəyik

16
Türkiyənin parlament partiyaları birgə bəyanat yaydı: "Ermənistan sadəcə bölgədə sülhün qarşısında olduğunu göstərib. Beynəlxalq ictimaiyyəti Azərbaycanın yanında durmağa çağırırıq".

BAKI, 28 sentyabr — Sputnik. Türkiyə Böyük Millət Məclisində (TBMM) təmsil olunan 5 siyasi partiyadan 4-ü - Ədalət və İnkişaf Partiyası (AKP), Cümhuriyyət Xalq Partiyası (CHP), Milliyyətçi Hərəkat Partiyası (CHP) və İyi Partiya Ermənistanın Azərbaycana qarşı növbəti hərbi təxribatı ilə bağlı birgə bəyanat yayıb.

Sputnik Türkiyə-nin məlumatına görə, bəyanatda Ermənistanın Azərbaycana qarşı hücumları pislənilib:

"Ermənistanın hücumlarını ən güclü şəkildə qınayırıq. Türkiyə Azərbaycanın yanında olmağa davam edəcək. Ermənistan sadəcə bölgədə sülhün qarşısında olduğunu göstərib. Beynəlxalq ictimaiyyəti Azərbaycanın yanında durmağa çağırırıq".

Qeyd edək ki, Xalqların Demokrat Partiyası (HDP) bəyanatı imzalamayıb.

16
Əlaqədar
Türkiyə XİN Qarabağdakı təxribatla bağlı bəyanat yaydı
Ərdoğan: "Türkiyə Azərbaycanın yanındadır. Artıq hesab vaxtı gəldi"
Ərdoğan Əliyevə zəng etdi: "Türkiyə Azərbaycanın yanındadır"
Ermənistanın Rusiyadakı səfiri Vardan Toqanyan

Dağlıq Qarabağda yaşayan ermənilərin təxliyəsi planı üzərində gedir - Səfir Toqanyan

86
(Yenilənib 17:09 28.09.2020)
Toqanyan: "Ermənistan bölgədə vəziyyətin gərginləşməyə davam etməsi halında, Dağlıq Qarabağ əhalisinin təxliyəsi üçün humanitar dəhlizlərin təşkili imkanlarını nəzərdən keçirir".

BAKI, 28 sentyabr — Sputnik. Azərbaycanın əks-hücum həmlələri Ermənistanda və Dağlıq Qarabağda yaşayan ermənilər arasında ciddi təlaşa səbəb olub.

Sputnik Azərbaycan Rusiya mediasına istinadla xəbər verir ki, Ermənistanın Rusiyadakı səfiri Vardan Toqanyan "Qovorit Moskva" radiosuna müsahibəsində bunu təsdiqləyən fikirlər səsləndirib.

Erməni səfir bildirib ki, İrəvanda Dağlıq Qarabağ əhalisinin təxliyəsi planı üzərində iş gedir.

"Ermənistan bölgədə vəziyyətin gərginləşməyə davam etməsi halında, Dağlıq Qarabağ əhalisinin təxliyəsi üçün humanitar dəhlizlərin təşkili imkanlarını nəzərdən keçirir. Bu cür məsələlər nəzərdən keçirilir. Lakin ümid edirik ki, iş bu yerə gəlib çatmayacaq", - deyə erməni diplomat vurğulayıb.

86
Cəbhə bölgəsində kəndində erməni silahlı qüvvələrinin açdıqları atəş nəticəsində dağılan ev, arxiv şəkli

MN: Ermənistan Goranboy rayonunu atəşə tutub

0
(Yenilənib 19:21 28.09.2020)
AR Müdafiə Nazirliyi Mətbuat Xidmətinin rəisi polkovnik Vaqif Dərgahlı: "Düşmən Goranboy rayonu ərazisini atəşə tutub".

BAKI, 28 sentyabr — Sputnik. Ermənistan Silahlı Qüvvələri Azərbaycanın Goranboy rayonu ərazisini atəşə tutub. Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Azərbaycan Müdafiə Nazirliyinin Mətbuat Xidmətinin rəisi, polkovnik Vaqif Dərgahlı bildirib.

O qeyd edib ki, düşmən Goranboy rayonunun Yuxarı Ağcakənd və Qaramusalı kəndlərini artilleriya atəşinə məruz qoyub. Mülki infrastruktur obyektlərinə ciddi ziyan dəyməyib. Kənd sakinləri arasında itki yoxdur.

Düşmənə qarşı bölmələrimiz tərəfindən adekvat cavab tədbirləri görülüb.

0