Apple

Dünyanın ən bahalı brendi açıqlandı: 183 milyard dollar

63
(Yenilənib 00:38 25.05.2018)
Brendin dəyəri 182,8 milyard dollar məbləğində qiymətləndirilib

BAKI, 25 may — Sputnik. Apple brendi ard-arda 8-ci dəfə dünyanın ən bahalı brendi hesab edilib. Sputnik Azərbaycan Rusiya mətbuatına istinadla xəbər verir ki, bu barədə Forbes jurnalının reytinq cədvəlində qeyd edilib.

Brendin dəyəri 182,8 milyard dollar məbləğində qiymətləndirilib. İl ərzində bu göstərici 8 faiz artıb. İkinci yerdə isə Google qərar tutub. Brend 132,1 milyard dollar məbləğində dəyərləndirilib və məbləğ il ərzində 30 faiz yüksəlib. Üçüncü yeri isə 104,9 milyard dollar dəyəri ilə Microsoft brendi tutub. 4-cü yerdə Facebook (94,8 milyard dollar), 5-ci yeri isə Amazon (70,9 milyardlıq dəyəri) gəlir. Coca-Cola brendi isə 57,3 milyard dəyəri ilə 6-cı yerdədir.

63
Teqlər:
qiymət, brend, Microsoft, Google, Coca-Cola, Apple