Хаменеи

İran ultimatum göndərdi, Avropa ölkələri seçim qarşısındadır

172
(Yenilənib 12:53 24.05.2018)
Rəsmi Tehran Avropa ölkələrini İranın raket proqramına və regional aktivliyinə müdaxilə etməməyə çağırıb

BAKI, 24 may — Sputnik. İran nüvə razılaşmasına sadiq qalmaları üçün Avropa İttifaqı ölkələrinə 7 tələb ünvanlayıb. Sputnik Azərbaycan "Al Jazeera"ya istinadən xəbər verir ki, tələbləri İranın ali dini lideri Əli Xameneyi ölkənin hakimiyyət nümayəndələri ilə görüşü zamanı bildirib.

Bu şərtlər arasında Avropa bankları tərəfindən İranla ticarət sahəsində əməkdaşlığın davam etdiriləcəyinə dair zəmanətin verilməsi və Avropa İttifaqı ölkələri tərəfindən İran neftinin satışına dair zəmanətin verilməsi də var.

Bundan əlavə, rəsmi Tehran Avropa ölkələrini danışıqlar zamanı İranın raket proqramına və regional aktivliyinə müdaxilə etməməyə çağırıb. Xameneyinin sözlərinə görə, Avropa İttifaqı ölkələri İranla bağlanan nüvə sazişi üzrə onlara güvənməyin mümkün olduğunu sübut etməlidir.

Qeyd edək ki, mayın 8-də ABŞ prezidenti Donald Tramp Birləşmiş Ştatların İranla bağlanmış nüvə sazişini ləğv edib. O, İsrailin İranın nüvə fəaliyyətlərinə dair təqdim etdiyi dəlillərin Tehranın yalan danışdığını sübut etdiyini deyib. Tramp Tehranın nüvə silahı istehsalı cəhdlərini davam etdirdiyini bildirib.

ABŞ dövlət başçısı sözügedən nüvə sazişini tarixdə yol verilən ən böyük fəlakət adlandırıb.

172
Teqlər:
nüvə razılaşması, ölkə, Tehran, İran, Avropa, ABŞ
Əlaqədar
İran prezidenti və Böyük Britaniya kraliçasından İlham Əliyevə təbrik
Metyu Brayza: "ABŞ-İran qarşıdurması Azərbaycana xüsusi əhəmiyyət qazandıracaq"
İraqda İrana meylli hökümət qurula bilərmi – politoloq şərhi
ABŞ hücuma keçdi: İranı hər yerdə çökdürəcəyik
İranın hərbi bazası bombardman edildi

ÜST Rusiyanın COVID-19 vaksini ilə maraqlanıb

1
Ümumdünya Səhiyyə Təşkilatı Rusiyanın koronavirusa qarşı istehsal etdiyi vaksinlə maraqlanıb. Təşkilat bəyan edib ki, onlar sınaqların başa çatmasını gözləyir.

ÜST onu da qeyd edib ki, COVID-19-un müalicəsi üçün preparatların sınaqdan keçirilməsindən də agahdırlar. Rusiya eyni zamanda bir neçə məkanda könüllülərlə sınaqlar aparır. Bu sınaqların necə keçdiyini, könüllü iştirakçıların özlərini necə hiss etdiklərini və hansı ölkələrin vaksini hamıdan çox gözlədiyini videomuzda izləyin.

1
COVİD-19-da ölən şəxs, arxiv şəkli

Ermənistanda koronavirusa yoluxanların sayı 29 mini keçdi

4
Gürcüstanda isə daha 5 nəfərdə koronavirus aşkarlanıb. Bununla da qonşu ölkədə koronavirusa yoluxanların sayı 958-ə çatıb.

BAKI, 7 iyul — Sputnik. Ermənistanda koronavirusa yoluxanların sayı 29285-ə çatıb. Sputnik Ermənistan xəbər verir ki, bu barədə Ermənistanın Xəstəliklərə Nəzarət və Profilaktika üzrə Milli Mərkəzinin yaydığı məlumatda bildirilib.

Məlumatda qeyd olunub ki, son 24 saat ərzində bu virusa yoluxanların sayı daha 349 nəfər artıb.

Ermənistanda son gündə daha 12 nəfər ölüb. Ümumilikdə bu virusdan ölənlərin sayı 503-ə çatıb. Xəstəlikdən sağalanların sayı 16907 olub. Hazırda bu ölkədə 11711 nəfər xəstəxanada müalicə alır.

Gürcüstanda isə daha 5 nəfərdə koronavirus aşkarlanıb. Bununla da qonşu ölkədə koronavirusa yoluxanların sayı 958-ə çatıb.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus dünyanın əksər regionları və ölkələrində yayılıb. Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 11,6 milyonu keçib, 538 mindən çox adam isə virus səbəbilə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın törətdiyi xəstəliyin adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

4