Taxi

Taksi sürücüsü qadın müştərini ayağından tutaraq sürüyüb

149
(Yenilənib 15:03 23.05.2018)
Hadisə ilə bağlı taksi sürücüsü polis tərəfindən saxlanılıb

BAKI, 23 may — Sputnik. İstanbulun Ümraniyə bölgəsində maraqlı hadisə baş verib. Sputnik Azərbaycan Türkiyə mətbuatına istinadən xəbər verir ki, hadisə şahidlərdən biri tərəfindən foto-lentə alınıb.

Şahidlərin danışdıqlarına görə, taksi sürücüsü arxa oturacaqda oturan qadın sərnişinin ayağından tutub sürükləyərək bayıra atıb. Hadisə ilə bağlı taksi sürücüsü polis tərəfindən saxlanılıb.

Taksi sürücüsü qadın müştərini ayağından tutaraq sürüyüb
Taksi sürücüsü qadın müştərini ayağından tutaraq sürüyüb

Qadın polisə açıqlamasında deyib ki, taksi sürücüsü öncə ona kəllə atıb, lakin qadın zərbədən yayınıb. Daha sonra ayaqlarından tutaraq sürüyüb.

149
Teqlər:
müştəri, taksi, İstanbul, sürücü
Əlaqədar
Lənkəranda qeyri-adi qətl: Taksi sürücüsü qonşu rayonun sakinini evinə çatdırmadı
Paytaxtda taksi avtomobili yanaraq yararsız hala düşdü
Təhsil işçisi taksi avtomobilini oğurladı
Cenevrə avtoşousu: Uçan taksi gəlir...
Avtobus taksi ilə toqquşdu, yaşlı sərnişin ağır zədə aldı