Kilavuea vulkanı

Vulkanın dəhşət saçan görüntüləri yayıldı - VİDEO

242
(Yenilənib 00:48 23.05.2018)
Dünyanın ən aktiv vulkanlarından sayılan Kilavuea vulkanında 1983-cü ildən partlamalar qeydə alınır

BAKI, 23 may — Sputnik. Havay adalarında Kilauea vulkanı püskürməkdə davam edir.

Sputnik Azərbaycan Türkiyə mətbuatına istinadla xəbər verir ki, ötən həftələrdə püskürməyə başlayan vulkan hələ də sönməyib. Püskürmə zamanı kənara atılan qaz, daş və lava səbəbilə ərazidən 700 mindən çox insan təxliyə edilib. Məlumata görə, bu günə qədər vulkan püskürməsi zamanı 26 ev dağılıb, 4 tikili məhv olub.

Dünyanın ən aktiv vulkanlarından sayılan Kilavuea vulkanında 1983-cü ildən partlamalar qeydə alınır.

242
Teqlər:
partlayış, püskürmə, vulkan, Havay
Leonardo Di Kaprio, arxiv şəkli

"Apple" Di Kaprio: Hollivudda birgə filmlər çəkiləcək

53
(Yenilənib 23:28 05.08.2020)
Di Kaprio və "Apple"-in ilk layihəsi Martin Skorsezenin rejissoru olduğu "Çiçəkli ayın qatilləri" (Killers of the Flower Moon) filmi olacaq.

BAKI, 5 avqust — Sputnik. Amerikalı aktyor Leonardo Di Kaprio və onun "Appian Way" kino şirkəti "Apple" şirkəti ilə film və serialların çəkilişinə dair müqavilə imzalayıb. Sputnik Azərbaycan xəbər verir ki, bu barədə məlumatı "Hollywood Reporter" yayıb.

Di Kaprio və "Apple"-in ilk layihəsi Martin Skorsezenin rejissoru olduğu "Çiçəkli ayın qatilləri" (Killers of the Flower Moon) filmi olacaq. Film Devid Qrannanın eyni adlı romanı əsasında çəkiləcək. Filmə 200 milyon dollar maliyyə ayrılıb. Baş rolları Di Kaprio və Robert De Niro oynayacaq. Korporasiya Elizabet Mossun baş rolu oynadığı və "Appian Way Productions"ın prodüserlik etdiyi "Parlayan qızlar" (The Shining Girls) serialını da birlikdə ərsəyə gətirəcək", - deyə məlumatda bildirilir.

Di Kaprio, "Appian Way" və "Apple"-in əməkdaşlığı bununla yekunlaşmayacaq.

"Appian Way Productions" üçün bu müqavilə serial çəkilişi sahəsində ilk addım olacaq. Şirkət daha əvvəl "Paramount Pictures" və "Warner Bros" kinostudiyaları ilə filmlərin istehsalına dair sazişlər imzalamışdı.

Xatırladaq ki, bundan əvvəl Di Kaprionun şirkəti Oldos Haqslinin "Ada" adlı sonuncu romanının serial ekranlaşdırılmasına prodüserlik etməyi nəzərdə tutub.

53
Beyrutdakı partlayışda

Azərbaycan Livana 1 milyon dollar yardım ayırdı

27
(Yenilənib 23:19 05.08.2020)
Sərəncama əsasən, Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu ayrılan vəsaitin müəyyən olunmuş qaydada ödənilməsini təmin etməlidir.

BAKI, 5 avqust — Sputnik. Baş vermiş faciənin nəticələrinin aradan qaldırılması üçün Livan Respublikasının humanitar yardıma ehtiyacını nəzərə alaraq, həmin ölkəyə maliyyə yardımının göstərilməsi məqsədilə Azərbaycan Respublikasının 2020-ci ilin dövlət büdcəsində nəzərdə tutulmuş ehtiyat fondundan Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinə 1 000 000 (bir milyon) ABŞ dollarının manat ekvivalenti məbləğində vəsait ayrılacaq. Sputnik Azərbaycan-ın məlumatına görə, bu barədə Baş Nazir Əli Əsədov Livan Respublikasına maliyyə yardımının göstərilməsi barədə sərəncam imzalayıb. 

Sərəncama əsasən, Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu ayrılan vəsaitin müəyyən olunmuş qaydada ödənilməsini təmin etməlidir.

Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir.

27