Şahzadənin toy suvenirləri

Kral ailəsinin hədiyyələri satışa çıxarıldı

33
(Yenilənib 15:22 22.05.2018)
Toydan sonra maraqlı fakt ortaya çıxıb

BAKI, 22 may — Sputnik. Keçən həftə dünya mətbuatında ən çox müzakirə olunan mövzulardan biri Böyük Britaniya şahzadəsi Paris Harri ilə aktrisa Meqan Marklinin toyu oldu. Toya dəvət olunanlar sırasında xeyriyyəçilər, məktəblilər, kral ailəsinin işçiləri və Vindsor şəhərinin sakinləri də var idi.

Sputnik Azərbaycan xarici mətbuata istinadən xəbər verir ki, toydan sonra maraqlı fakt ortaya çıxıb. Belə ki, 2600 dəvətliyə kral ailəsi adından toy hədiyyəsi təqdim edilib. Toydan dərhal sonra bəzi dəvətlilər onlara verilən hədiyyələri internetdə satışa çıxarıblar.

33
Teqlər:
Meqan Marklin, Paris Harri, hədiyyə, toy, Böyük Britaniya, şahzadə
Əlaqədar
Azərbaycan rəsmisi Böyük Britaniya kraliçası ilə görüşüb
Kral gəlininin adı "porno ulduz" qalmaqalında