Russia Today

Britaniya məşhur Rusiya kanalına qarşı araşdırma başladıb

35
(Yenilənib 01:44 22.05.2018)
“RT” telekanalının lisenziyasının sahibinə "Skripal işi”ylə əlaqədar mümkün sanksiyalar haqqında məktub göndərilib

BAKI, 22 may — Sputnik. Böyük Britaniyanın "Ofcom" telekommunikasiya tənzimləyicisi "RT" telekanalına qarşı üç yeni araşdırma başladıb. Sputnik Azərbaycan "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə təşkilatın növbəti bülletenində bildirilib.

Mümkün pozuntulara qarşı araşdırmalar telekanalın 26 aprel və 4 may 2018-ci il tarixlərində efirə gedən xəbərlər proqramları, həmçinin aprel 20-i efirə gedən "Crosstalk" verilişinə qarşı aparılır.

Daha əvvəl "Ofcom"un "RT"-yə qarşı 7 araşdırma apardığı bildirilirdi. Bazar ertəsi bu araşdırmaların sayı 10-a yüksəlib.

Tənzimləyici qeyd edir ki, araşdırmanın başlaması faktı yayım şirkətinin hər hansı bir pozuntu etdiyi anlamına gəlmir və heç də bütün araşdırmalar pozuntu faktının qeydə alınması ilə nəticələnmir.

Qeyd edək ki, bu ilin martında “RT” telekanalının lisenziyasının sahibinə "Skripal işi”ylə əlaqədar mümkün sanksiyalar haqqında məktub göndərilib. "RT"-nin baş redaktoru isə öz növbəsində qeyd edib ki, "RT"-nin Britaniyada lisenziyasının geri çağrılmasına Rusiyada eyni cavab veriləcək. O, eyni zamanda Britaniya tərəfinin bu addımı atmayacağına ümid etdiyini bildirmişdi.

35
Teqlər:
Russian Today, Böyük Britaniya, araşdırma
Tibbi maskada olan qızlar, arxiv şəkli

Koronavirusla mübarizəyə həsr olunmuş beynəlxalq fotomüsabiqə elan olunub

7
Müsabiqə dünyanın bütün yerlərindən olan peşəkar fotomüxbirlər üçün açıqdır. Kütləvi informasiya vasitələrində çalışan peşəkar xəbər fotoqrafları müsabiqədə iştirak edə bilər.

BAKI, 23 noyabr — Sputnik. Rusiyanın TASS agentliyinin təşkilatçılığı ilə "Koronavirusla mübarizəyə həsr olunmuş xəbərlər üzrə foto mükafatları" müsabiqəsi elan olunub.

Sputnik Azərbaycan xəbər verir ki, müsabiqə dünyanın bütün yerlərindən olan peşəkar fotomüxbirlər üçün açıqdır. Kütləvi informasiya vasitələrində çalışan peşəkar xəbər fotoqrafları müsabiqədə iştirak edə bilər.

Bu, COVID-19 pandemiyası ilə mübarizə mövzusuna həsr olunmuş beynəlxalq fotomüsabiqədir. Təqdim edilən fotoşəkillər yalnız pandemiya ilə əlaqəli olmalıdır. Müsabiqənin şərtlərinə görə yalnız əvvəllər mediada yayımlanan fotoşəkillər keçərlidir.

Birinci yerin qalibinə 10 min dolları veriləcək.

Ətraflı məlumat almaq və müraciət etmək üçün https://npacontest.com/ ünvanına daxil olun

7
Teqlər:
müsabiqə, COVID-19, Koronavirus
İmza, arxiv şəkli

Ermənistanda daha bir nazir vəzifəsindən azad edilib

12
Dağlıq Qarabağdakı separatçıların lideri Araik Arutyunyanın tam adaşı olan naziri Ermənistanda "supernazir" adlandırırdılar.

BAKI, 23 noyabr - Sputnik. Ermənistanın təhsil, elm, mədəniyyət və idman naziri Araik Arutyunyan vəzifəsindən azad edilib.

Sputnik Ermənistan-ın verdiyi xəbərə əsasən, bununla bağlı müvafiq fərmanı bu gün Ermənistan prezidenti Armen Sarkisyan imzalayıb.

Arutyunyanı nazir postunda Vaqram Dumanyan əvəz edib.

12
Teqlər:
nazir, Ermənistan, azad edilmə
Rusiyalı minaaxtaran, arxiv şəkli

Rusiya SQ-nın istehkamçıları Qarabağda minatəmizləmə əməliyyatına başlayıblar

0
(Yenilənib 21:33 23.11.2020)
Pavel Pautov deyib ki, bu gündən istehkamçılar yerlərdə humanitar minatəmizləmə əməliyyatına başlayıblar. Birinci mərhələdə onlar Rusiya hərbi kontingentinin stasionar postlarının tikiləcəyi yerlərdə partlamaq təhlükəsi olan predmetlərin mövcudluğunu yoxlayacaqlar.

BAKI, 23 noyabr — Sputnik. Rusiya Silahlı Qüvvələrinin (SQ) istehkamçıları Dağlıq Qarabağda sülhməramlıların cavabdeh olduğu ərazilərdə minatəmizləmə əməliyyatına başlayıblar.

Sputnik Azərbaycan Rusiya mediasına istinadla xəbər verir ki, bunu Rusiya hərbi kontingentinin mühəndis xidmətinin rəisi polkovnik-leytenant Pavel Pautov bildirib.

"Bu gündən istehkamçılarımız yerlərdə humanitar minatəmizləmə əməliyyatına başlayıblar. Birinci mərhələdə onlar yerlərdə partlayıcı təhlükəli predmetlərin mövcudluğunu yoxlayacaqlar, harada ki, Rusiya hərbi kontingentinin stasionar postları tikiləcək" - deyə rusiyalı hərbçi vurğulayıb.

0
Teqlər:
sülhməramlılar, Rusiya, Mina