Məşhur müğənni özünə “müqəddəs ev” alıb

CC0 / gigglinggalaxy / ChurchYeni Orleanda kilsə, arxiv şəkli
Yeni Orleanda kilsə, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Sosial şəbəkə istifadəçilərinin iddialarına görə, müğənni özü də orada ifa edəcək

BAKI, 22 may — Sputnik. Amerikalı müğənni Beyons özünə Yeni Orleanda kilsə alıb. Sputnik Azərbaycan Rusiya mətbuatına istinadla xəbər verir ki, müğənni bu arzusunu reallaşdırmaq üçün 850 min dollar xərcləyib.

© Photo : Instagram / beyonceAmerikalı müğənni Beyons
Amerikalı müğənni Beyons  - Sputnik Azərbaycan
Amerikalı müğənni Beyons

Uzun müddətdir istifadə edilməyən kilsə 1900-cu ildə tikilib və 700 kvadratmetr ərazisi var. Məlumata görə, müğənninin bacısı Solanj kilsənin yaxınlığında yaşayır. Bir neçə həftə öncə Beyonsun kilsəsində 900 nəfərin qatıldığı ilk dini ayın keçirilib.

Sosial şəbəkə istifadəçilərinin iddialarına görə, müğənni özü də orada ifa edəcək. Müğənni isə bu fikrə şərh verməyib.

Xəbər lenti
0