Serj Sarqsyan, arxiv şəkli

Sarqsyan istefadan sonra ilk dəfə adam arasına çıxdı

274
(Yenilənib 21:32 21.05.2018)
Ermənistanın sabiq baş naziri etiraz aksiyalarından sonra istefa verməyə məcbur olub

BAKI, 21 may — Sputnik. Ermənistanın üçüncü prezidenti və sabiq baş naziri Serj Sarqsyan istefasından sonra ilk dəfə cəmiyyət arasında görünüb. Sputnik Ermənistan xəbər verir ki, Sarqsyan mayın 21-də Ararat rayonunda Ermənistanın 1999-cu ildə parlamentə hücum zamanı öldürülən baş naziri Vazqen Sarkisyanın anası Qreta Sarkisyanın dəfn mərasiminə qatılıb.

Serj Sarqsyanı Ermənistan Futbol Federasiyasının rəhbəri Ruben Ayrapetyan və Ararat vilayətinin qubernatoru Aramais Qriqoryan müşayiət edib.

Xatırladaq ki, Ermənistanın sabiq baş naziri Serj Sarqsyan aprelin 23-də uzun müddət davam edən etiraz aksiyalarından sonra istefa verməyə məcbur olub. Mayın 8-ində isə Ermənistan Milli Məclisi xüsusi iclasında ölkənin baş nazirini seçib. Baş nazir postunu "Mənim addımım" hərəkatının lideri Nikol Paşinyan tutub. Onu deputatların 59-u dəstəkləyib. 42 deputat isə Paşinyanın əleyhinə səs verib.

274
Teqlər:
Futbol Federasiyası, Serj Sarqsyan, qubernator, dəfn, Milli Məclis, istefa
Mumiya, arxiv şəkli

Misirdə üzərində ginekoloji əməliyyat izi olan mumiya aşkarlanıb

12
Müəyyən edilib ki, qadın yüksək təbəqədən olub və onun adı Sattjeni A. olub. Sonuncu hərf qadını digərlərindən fərqləndirmək üçün olub.

BAKI, 17 yanvar — Sputnik. Qədim Misirdə üzərində ginekoloji əməliyyat izi olan mumiya aşkarlanıb.

Sputnik Azərbaycan xarici mətbuata istinadla xəbər verir ki, Qranada və Xaena universitetlərinin alimləri qadın mumiyası üzərində apardıqları araşdırma zamanı məlum olub ki, qadın ginekoloji əməliyyat keçirib.

Mumiyanın bizim eradan əvvəl 1878-1797-ci illərə aid olduğu bildirilir. Həmin şəxs sağlığında çanaq sümüyündən ciddi zədə alıb və güclü xəstəlikdən əziyyət çəkib. Yerli təbiblər onu sağaltmağa çalışıblar. Onlar qadın üzərində "fumiqasiya" əməliyyatı aparıblar. Belə ki, yaraya toksiki maddələr verərək, mikrobları öldürməyə çalışıblar.

Qeyd edək ki, bu üsul indi ancaq bitkilər üçün həyata keçirilir.

Müəyyən edilib ki, qadın yüksək təbəqədən olub və onun adı Sattjeni A. olub. Sonuncu hərf qadını digərlərindən fərqləndirmək üçün olub.

Çünki həmin dövrdə Sattjeni əhali arasında populyar ad olub. Mumiya qaya məzarlığında aşkarlanıb. Orada 11 yaxşı vəziyyətdə qalmış mumiya olub.

12
İsraildə epdimioloji vəziyyət

İsraildə “Pfizer” vaksini vurulan 13 nəfər üz iflici olub

15
Ötən ilin 20 dekabr tarixində İsraildə yeni növ koronavirus (COVID-19) infeksiyasına qarşı kütləvi vaksinasiya prosesinə başlanılıb.

BAKI, 17 yanvar - Sputnik. İsraildə yeni növ koronavirus infeksiyasına qarşı “Pfizer” vaksini ilə peyvənd olunan 13 nəfər üz iflici olub.

“Report”un məlumatına görə, bu barədə “The Jerusalem Post” İsrail Səhiyyə Nazirliyinin hesabatına istinadən xəbər verib.

Nazirlik bildirib ki, üz iflici olanların sayı daha çox ola bilər.

Qeyd edək ki, ötən ilin 20 dekabr tarixində İsraildə yeni növ koronavirus (COVID-19) infeksiyasına qarşı kütləvi vaksinasiya prosesinə başlanılıb. İlk olaraq İsrailin Baş naziri Binyamin Netanyahu peyvənd olunub.

15

İki gün əvvəl ordudan tərxis olunan könüllü əsgər ölüb

0
Onun səhhətində problem yarandığı üçün iynə vurulub. İynədən sonra anafilaktik şok keçirən İbrahim Mirzəzadə dünyasını dəyişib.

BAKI, 17 yanvar - Sputnik. Lənkəran rayonunun Göyşaban kəndindən Vətən müharibəsinə könüllü olaraq qatılan Mirzəzadə İbrahim Rüfət oğlu bu gün vəfat edib.

“Report”un verdiyi xəbərə görə, mərhum iki gün əvvəl səfərbərlik üzrə hərbi xidmətdən tərxis edilib.

İlkin məlumata görə, onun səhhətində problem yarandığı üçün iynə vurulub. İynədən sonra anafilaktik şok keçirən İbrahim Mirzəzadə dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.

0