Abdel Fattah əl-Sissi, Səudiyyə Kralı Salman, ABŞ Birinci xanım Melania Tramp və prezident Donald Tramp

ABŞ yeni xəritə çəkdi: İsrailə əlavə torpaqlar, Fələstinə isə kiçik ərazili dövlət

383
(Yenilənib 12:09 21.05.2018)
Plana görə, qurulacaq Fələstin dövləti Qərbi İordan çayının yarısı ilə Qəzzadan ibarət olacaq

BAKI, 21 may — Sputnik. Ölkəsinin İsraildəki səfirliyini Qüdsə köçürərək böyük qalmaqal yaradan ABŞ prezidenti Donald Tramp, paytaxtı Əbu Dis şəhəri olan Fələstin dövlətinin yaradılmasını nəzərdə tutan sülh planını Ramazan ayından sonra açıqlayacaq. Sputnik Azərbaycan xarici mətbuata istinadla xəbər verir ki, "Associated Press" xəbər agentliyi Trampın bir müddətdir üzərində çalışdığı Fələstin-İsrail sülh planını iyun ayının ortasında açıqlayacağını bildirib.

Agentliyə məlumat verən 5 amerikalı diplomat planın mətninin başa çatdığını söyləyib. Sülh planının yekun bir sənəd olmadığını vurğulayan amerikalı diplomatlar bəyanatın səsləndirilməsinin ardından 3 körfəz ölkəsi rəsmilərinin, həmçinin Misir, Fələstin və İsrailin birlikdə müzakirələrə başlaya biləcəyini qeyd edib.

İsrailin "Yerusəlim Post" qəzeti müzakirə planında Səudiyyə Ərəbistanın vəliəhd şahzadəsi Məhəmməd Salmanın və Birləşmiş Ərəb Əmirliklərinin vəliəhd şahzadəsi Məhəmməd Zayedin də olduğunu yazıb.

"Mossad"a yaxınlığı ilə tanınan "Debka" xəbər saytı isə Trampın sülh planının detallarını açıqlayıb. Plana görə, kiçik bir ərazidə qurulacaq Fələstin dövlətinin paytaxtı Şərqi Qüdsdəki Əbu Dis şəhəri olacaq. Plana görə, Şərqi Qüdsün ərəb məhəllələri Fələstinə tabe olsa da, Əl-Əqsa məscidinin yerləşdiyi "Əski şəhər"ə nəzarət tamamilə İsraildə olacaq.

Planın detalları belədir:

— Qurulacaq Fələstin dövləti Qərbi İordan çayının yarısı ilə Qəzzadan ibarət olacaq;

— Qərbi İordan çayının İordaniya Vadisi bölgəsi İsrailin nəzarətində olacaq;

— İsrail Qərbi İordan çayının və sərhədlərinin təhlükəsizliyini təmin edəcək;

— Şərqi Qüdsün ərəb məhəllələri Fələstinin nəzarətində, Əl-Əqsa məscidinin yerləşdiyi "Əski şəhər" İsrailin tabeliyində olacaq;

— Fələstinin paytaxtı Əbu Dis olacaq;

— Fələstindəki məscidlərin idarəsini İordaniya öz üzərinə götürəcək;

— Qəzza zolağı "Həmasın"-ın silahı yerə qoyacağı təqdirdə Fələstin dövlətinə daxil ediləcək;

— Fələstinli qaçqınlara geri dönmək haqqı verilməyəcək, ancaq təzminat almaq üçün beynəlxalq mexanizm yaradılacaq;

— İsrail dünyadakı yəhudilərin dövləti olaraq tanınacaq.

383
Teqlər:
prezident, səfirlik, ABŞ, paytaxt, İsrail, Fələstin, Qüds, Donald Tramp, dövlət, Əbu Dis şəhəri
Əlaqədar
Azərbaycanlı deputatlar İsrailin hərəkətini tənqid etdi
İsrail səfiri Türkiyəni tərk edib
İsrail səfirinə ölkədən getmək tövsiyə edildi
Tramp ABŞ səfirliyinin açılışına görə İsrailə gəldi
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, arxiv şəkli

Ərdoğan: Türkiyə-ABŞ münasibətləri pisləşib

963
(Yenilənib 16:09 24.09.2021)
Ərdoğan vurğulayıb ki, NATO-ya üzv iki ölkə kimi Türkiyə və ABŞ-ın tamamilə fərqli münasibətləri olmalıdır.

 

BAKI, 24 sentyabr — Sputnik. Birləşmiş Ştatlar Suriyada kürd qruplaşmalarına hərbi yardımı artırıb. Heç bir ABŞ prezidentinin dövründə vəziyyət hazırkı prezident Co Baydenin zamanındakı kimi pis olmayıb. Sputnik Türkiyə xəbər verir ki, bunu Türkiyənin Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.

"NATO-ya üzv iki ölkə kimi Türkiyə və ABŞ-ın tamamilə fərqli münasibətləri olmalıdır. Heç bir ABŞ liderinin dövründə vəziyyət belə pis olmayıb. Vaşinqton regionda terrorçuları daha çox dəstəkləyir", - deyə Ərdoğan bildirib.

Qeyd edək ki, ötən gün də Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ prezidenti vəzifəsinə başladıqdan sonra Cozef Baydenlə münasibətlərin elə də yaxşı olmadığını bəyan etmişdi: "İstəyirəm ki, iki NATO ölkəsi olaraq biz düşmən yox, dost olaq. Amma indiki vəziyyət o qədər də yaxşı deyil. Baş nazir və prezident kimi təxminən 19 illik fəaliyyətimə əsaslanaraq deyə bilərəm. Əfsuslar olsun ki, ABŞ-la münasibətlərdə yaxşı zaman deyil. Corc Buş, Barak Obama, Donald Trampla yaxşı işlədim, amma Cozef Bayden ilə yaxşı başladığımızı deyə bilmərəm".

Eləcə də oxuyun:

963
Teqlər:
Rəcəb Tayyip Ərdoğan, Cozef Bayden, ABŞ, Türkiyə, münasibət
Rusiya Dövlət Dumasına seçkilər (2021)

Rusiya Dövlət Dumasına seçkilərlə bağlı MSK iclas keçirdi

309
(Yenilənib 16:00 24.09.2021)
Dumanın aşağı palatasına birmandatlı seçki dairələri üzrə namizədliyini özü irəli sürən 5 şəxs seçilib.

BAKI, 24 sentyabr — Sputnik. Rusiya Federasiyası Mərkəzi Seçki Komissiyası cümə günü, sentyabrın 24-də keçirdiyi iclasda Dövlət Dumasına seçkilərin baş tutmuş və etibarlı olması barədə protokol qəbul edib. 

Rusiya Mərkəzi Seçki Komissiyasının sədri Ella Pamfilova Dövlət Dumasına keçirilən seçkilərin nəticələrini, mandatların yekun bölgüsünü açıqlayıb. Bu barədə Sputnik Azərbaycan "RİA Novosti"-yə istinadən xəbər verir.

Protokolun 100 faizlik emalından sonra federal dairə üzrə Rusiya Dövlət Dumasına beş partiyadan namizədlər seçilib: Vahid Rusiya Partiyası 324 mandat, Rusiya Federasiyası Kommunist Partiyası (KPRF) - 57, Ədalətli Rusiya - həqiqət uğrunda - 27, Rusiyanın Liberal Demokrat Partiyası (LDPR) 21, Yeni insanlar Partiyası -13 mandat qazanıb.

Dumanın aşağı palatasına birmandatlı seçki dairələri üzrə namizədliyini özü irəli sürən 5 şəxs seçilib.

Qeyd edək ki, Rusiya Dövlət Dumasına və 9 subyektin icra orqanlarına seçkilər 17-19 sentyabrda keçirilib. Seçkilərdə seçici fəallığı 51,72 faiz olub.

Moskvada və altı subyektdə - Kursk, Nijeqorod, Yaroslav, Murmansk, Rostov və Sevastopolda distansion elektron səsvermə təşkil olunub.

Eləcə də oxuyun:

309
Teqlər:
Rusiya, Dövlət Duması, seçki, iclas, protokol

Əlvida, dəniz, isti günlər üçün darıxacağıq

0
(Yenilənib 21:49 24.09.2021)
İndi daha günəş yandırmır. Sərində sahil boyu gəzişmək, velosiped sürmək bədəni gümrahlaşdırmaqla yanaşı, xüsusi nostalji zövq bəxş edir adama. Payızın ilk günləri Nabran sahilləri Sputnik Azərbaycan-ın fotolentində.

Daha bir yay bitdi. Havaların soyuması ilə dənizə gedənlərin sayı azalıb. Yayın isti günlərində istənilən vaxt sahildə görünən adamlar indi çəkilmək üzrədir. Sübh tezdən tilovunu suya atıb saatlarla gözləyən balıqçılar gözə dəyirlər.

Mavi suların qoynu və qumlu sahillər azyaşlıları sevindirir. Velosipedlə sahil kənarında hərəkət edənlər dənizin təmiz havasında bədənlərini gəncləşdirirlər. Dənizin dalğalarından qorxmayan heyvanlar sahil kənarında sərinləyirlər. Günəşin közərən şüaları görünür. Günəş qürub etdikcə dalğaların səsi aydın eşidilir. Əlvida, dəniz. İsti günlər üçün darıxacağıq...

0
  • © Sputnik / Ilham Mustafayev

    Zaman da qum kimi barmaqlar arasından süzülür.

  • © Sputnik / Ilham Mustafayev

    Nabranda dalğalarla son söhbət - gələn mövsümədək.

  • © Sputnik / Ilham Mustafayev

    Sentyabr gəldisə, balıq tutmaq və yemək olar. Nabranda balıqçılar bu fürsəti qaçırmırlar.

  • © Sputnik / Ilham Mustafayev

    Nabranda qürub daha həşəmətli görünür.

  • © Sputnik / Ilham Mustafayev

    Sahil kənarıyla qaçan alabaş.

  • © Sputnik / Ilham Mustafayev

    Xırçın ləpələr də adamlarsız darıxır.

  • © Sputnik / Ilham Mustafayev

    Yaş qum üzərində velosiped sürmək də bir zövqdür.

  • © Sputnik / Ilham Mustafayev

    Nabranda sahildə unudulmuş toplar.

  • © Sputnik / Ilham Mustafayev

    Polietilen torba budağı "niyyət ağacı"na bənzədib.

  • © Sputnik / Ilham Mustafayev

    Nabranda qürub vaxtı dənizdən pay uman balıqçı.

  • © Sputnik / Ilham Mustafayev

    Narıncıya boyanan gün.

  • © Sputnik / Ilham Mustafayev

    İnəklər də çimərlikdə tənhalıqdan kam alırlar.

  • © Sputnik / Ilham Mustafayev

    Nabranda sahil kənarında qız.