Cinsi həvəsi artıran Viagra həbləri, arxiv şəkli

Viaqra xərçəngin dərmanıdır

1329
(Yenilənib 00:08 21.05.2018)
Bu ilk olaraq xərçəng xəstəliyinə qarşı effektli dərman olacaq

BAKI, 21 may — Sputnik. Kanadanın Ottava universitetinin işçiləri bəyan edib ki, viaqra və onun əvəzləyiciləri PDE-5 aktivliyini öldürür və xərçəng hüceyrələrinin inkişafını zəiflədir.

Sputnik Azərbaycan Rusiya mətbuatına istinadən xəbər verir ki, bu dərmandan istifadə zamanı bədənin immuniteti artır və xəstəlik ilə mübarizə güclənir.

Mütəxəssislər laboratoriyalarda siçanlar üzərində təcrübə aparıblar. Laboratoriya siçanları üzərində aparılan araşdırma nəticəsində məlum olub ki, qripə qarşı dərman ilə viaqranın qarışığı insan orqanizmi üçüm xeyirlidir və bu ilk olaraq xəstəliyə qarşı effektli dərmandır.

1329
Teqlər:
Kanada, dərman, xərçəng xəstəliyi, viaqra
Советский летчик-космонавт, Герой Советского Союза Юрий Алексеевич Гагарин. Репродукция.

Bəşəriyyət tarixinin ən vacib günlərindən biri

4
(Yenilənib 23:53 11.04.2021)
1961-ci il aprelin 12-də sovet kosmonavtı Yuri Qaqarin, “Baykonur” kosmodromundan start götürərək, “Vostok-1” kosmik gəmisində kosmosa ilk uçuşu həyata keçirib.

BAKI, 12 aprel - Sputnik. 12 aprel - Dünya Aviasiya və Kosmonavtika Günüdür. 1961-ci ilin bu günündə ilk dəfə olaraq Sovet İttifaqı vətəndaşı Yuri Qaqarin orbitə çıxıb. "Vostok" kosmik gəmisi ilə orbitə çıxan kosmonavt 1 saat 48 dəqiqə ərzində Yer kürəsi ətrafında dövr edib və Rusiyanın Saratov vilayəti ərazisində uğurla yerə enib. Keçmiş SSRİ Ali Sovetinin 1962-ci il 9 aprel tarixli Qərarı ilə 12 aprel - Dünya Aviasiya və Kosmonavtika Günü elan edilib. Hazırda bu gün bir çox ölkələr tərəfindən qeyd olunur.

Yuri Qaqarin dünyanın bir çox ölkəsinin fəxri vətəndaşıdır. “Vostok” eniş etdikdən sonra Qaqarin dərhal bir anda SSRİ-nin ən məşhur insanı oldu.

Məhz bu uçuşdan sonra kosmosun fəth olunması üzrə 250-dən çox proqram həyata keçirilib, orbitdə 32 ölkədən bir neçə yüz kosmonavt və astronavt olub. Kosmosda hamıdan çox qalan da rusiyalı kosmonavt Sergey Avdeyevdir. O, 747 sutka, 17 saat açıq fəzada olub. Bir uçuşun davamiyyətinə görə isə lider ixtisasca həkim olan Valeri Polyakovdur. O, "Mir" stansiyasında bir ildən çox - 437 sutka 17 saat uçuş keçirib. 

4

Türkiyənin Çorum vilayətində zəlzələ baş verib

7
Bildirilir ki, ətraf bölgələrdə də hiss olunan yeraltı təkan yerli əhalidə təşviş yaradıb. Dağıntı və zərərin müəyyən edilməsi üçün araşdırma aparılır.

BAKI, 11 aprel - Sputnik. Türkiyənin Çorum vilayətinin Dodurga rayonunda yerli vaxtla saat 17.06-da (Bakı vaxtı ilə 18.06) Rixter cədvəli üzrə 4,2 bal gücündə zəlzələ olub.

Bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.

Bildirilir ki, ətraf bölgələrdə də hiss olunan yeraltı təkan yerli əhalidə təşviş yaradıb.

Dodurga bələdiyyəsinin sədri Mustafa Aydın bildirib ki, yeraltı təkan nəticəsində insan tələfatı yoxdur. Dağıntı və zərərin müəyyən edilməsi üçün araşdırma aparılır.

7